
Qamış Səbət
Müqəddəs Kitab, Çıxış, 1, 2-ci fəsillər
Firon bütün xalqına əmr edib dedi: “İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın! Hər qız uşağını isə sağ qoyun”.
Yaqub və oğullarının, Yusifin yaşadığı Misirə köçəndən xeyli vaxt keçmişdi. Onlar artıq kiçik bir ailə deyildilər. Onlar İsrail xalqını formalaşdıran, böyük bir xalq olmuşdular. Misirlilər, uzun müddət əvvəl yaşamış olan Yusifi və onun köməyini unutmuşdular. Fironlar dəyişdi, yeni firon taxta keçdi. Misir xalqı öz ölkələrindəki əcnəbilərə görə təhlükə altında olduqlarını düşünməyə başladı. Buna görə də, yeni firon İsrailliləri əsarət altına aldı və onları amansızca işləməyə məcbur edərək, həyatlarını çətinləşdirdi. Palçıq tapdalamağa, kərpiç kəsməyə və hörmə hazırlamağa məcbur oldular. Firon, İsrailliləri ağır işlərə aparmaq üçün iş nəzarətçiləri təyin etdi. Əgər kərpici əskik döşəmişdilərsə, iş nəzarətçiləri onları vəhşicəsinə döyürdü.
Misirlilər İsrail xalqını hər nə qədər alçaltmağa çalışsalar da, İsrail xalqı ildən-ilə çoxalmağa və güclənməyə davam edirdi. Buna görə də, Firon şeytani bir yola əl atdı. Hər bir İsrailli oğlan uşağı doğulandan sonra dərhal öldürülməli idi.
Bir zamanlar, dindar bir İbrani qadının bir oğlan uşağı var idi. Qadın, oğlunu ancaq Allahın xilas edə biləcəyini bilir, Allaha səylə dua edirdi. Uzun müddət körpəni Misirlilərdən gizlətdi. Ancaq körpə üç aylıq olanda, artıq onu gizlədə bilməyəcəyini anladı.
Uşağın bacısı Məryəm anasına kömək etdi. Körpəni hörülmüş qamış səbətə qoydular. Səbət su keçirməz idi, çünki ona qır və qətran sürtmüşdü. Onlar səbəti götürüb Nil çayının sahilinə endilər.
Onlar səbəti Nil çayının sahilindəki qamışların arasında qoydular. Səbət təhlükəsiz idi, axın onu apara bilməzdi. Məryəm səbətə baxmaq üçün yaxınlıqda gizləndi. Çox keçmədi ki, çaya gələn qadınları gördü. Gənc, gözəl geyinmiş bir xanım, önlərində gedirdi. Bu qadın, Fironun qızı idi. Digərləri də, öz qulluqçuları olmalı idi. Fironun qızı çayda üzməyə hazırlaşırdı. O, soyundu və yavaş-yavaş suya girdi. Məryəmin qardaşı olan səbət, ona yaxın idi. Fironun qızı oraya getdikcə yaxınlaşırdı. Bunu görən Məryəmin ürəyi sürətlə döyünməyə başladı. Nəhayət fironun qızı dayandı.
“Bu nədir?” o qışqırdı.
Kənizinə səbəti sudan çıxarmasını və qapağını açmasını əmr etdi.
Fironun qızı yanındakılara belə dedi: “Bu, yəqin ki, İbrani uşağıdır. Görünür, körpənin anası onu atamın əsgərlərindən gizlətmək istəyib”.
Yanındakılar, “İndi nə edək?”dedilər.
Fironun qızı, “Mən bu körpənin ölməsini istəmirəm” dedi.
Məryəm ehtiyatla yaxınlaşdı; fironun qızı onu gördü.
“Haradan gəldin?” o soruşdu.
Məryəm kəkələyərək belə dedi:
“Mən? Burada vaxt keçirirdim. Mən gedib süd anası çağırımmı?”
Fironun qızı razılaşdı və Məryəm evə qaçdı. Nəfəsi kəsilərək anasına hər şeyi danışdı.
Anası sevinclə dedi: “Rəbb duamızı eşitdi!”.
Dərhal çaya tərəf qaçdılar.
Fironun qızı belə təklif etdi: “Bu uşağı evə apar və mənim üçün ona yaxşı bax. Bunun haqqını verərəm. Uşaq böyüyəndə, onu mənə gətirməlisiniz. Mən onu övladlığa götürəcəyəm”.
Uşağın anası çox xoşbəxt idi. Heç danışmadan, sadəcə başını bulaya bildi. Fironun qızı körpəni öpdü və dedi: “Əlvida, oğlum!” At arabasına minib uzaqlaşdı.
Körpənin anası və Məryəm də körpəni öpərək, “Evə xoş gəldin!” dedilər.
Uşaq, bir neçə il ailəsinin yanında qaldı. O, Allah sevgisini və Ona dua etməyi öyrəndi. Böyüyəndə, anası onu fironun sarayına apardı. Fironun qızı ona Musa adını verdi. Yaxşı təhsil alması və şahzadə kimi tərbiyə olunması üçün ona böyük qayğı göstərirdi. Musa, mümkün olduğu qədər ana-atasına, bacısı Məryəmə və qardaşı Haruna baş çəkdi. Amma saraydan çıxandan sonra, İsrail kəndlərini gəzərkən gördükləri onu çox əsəbiləşdirdi.
O düşündü: “İsraillilər yoxsulluq içində yaşayır, Misir xalqı isə yaxşı vəziyyətdədir. Bu ədalətli deyil. İsrail xalqı səhərdən gecə yarısına qədər işləyir və pul qazanırlar. Üstəlik, azad da deyillər”.
Bir gün o, ağır yük daşıyan bir İbrani gördü; onun yanında əlində qamçı olan bir Misirli var idi. İbrani birdən yerə yıxıldı. Misirli, adamı ayağa qaldırmaq üçün qamçılamağa başladı. Musa bu vəziyyətə dözə bilmədi. Belə bir qəddarlığı və ədalətsizliyi sadəcə seyr edə bilməzdi. Ətrafa göz gəzdirdi, heç kimin olmadığını anlayanda, onlara tərəf qaçdı və Misirlini öldürdü. Misirlinin cəsədinə baxanda, onu öldürdüyünü gördü.
Ertəsi gün, Musa iki İbraninin bir-biri ilə dalaşdığını gördü. Haqsız olan adama tərəf getdi və dedi: “Xahiş edirəm, onu burax! Qardaşını niyə vurursan?”
Adam da dedi: “Sənə nə! Dünən Misirlini öldürdüyün kimi məni də öldürmək istəyirsən?”.
Musa qorxudan ağardı. Fikirləşdi: “Bu iş necə tez ortaya çıxdı? Əgər firon bir Misirlini öldürdüyümü bilsə, məni ölümlə cəzalandırar. Mən qaçmalıyam!”
Bir daha saraya qayıtmadı. Cinayəti eşidən firon, həqiqətən də Musanın öldürtmək istədi və onun tutulmasını əmr etdi.
Musa qorxmuşdu, üzüntülü və kədərli idi. O, təqibçilərindən gizlənməli idi. O, Misirdən xeyləm uzaqlaşdı. Nəhayət, Midyan torpaqlarına gəldi. Bura, qumla örtülmüş qayalıq bir yer idi, hər yeri qayayla örtülü idi. Musa quyu tapanda sevindi. Susuzluğunu yatırarkən, bir neçə gənc qız qoyunlarına su vermək üçün quyuya yaxınlaşdı. Musa onlara kömək etdi. Qızlar da, məmnunluqlarını bildirmək üçün onu yeməyinə dəvət ediblər.
Bu yeddi gənc qız Reuel adlı bir adamın qızları idi.
Reuelin oğulları yox idi. Buna görə də ona güclü, gənc oğlan lazım idi. Musanın da, gedəcək ya da, qalacaq bir yeri yox idi. Reuel ona öz evində qalmağı təklif etdi. Musa razılaşdı. Fironun sarayında firavanlıqdansa, Midyanda çadırda qalmağı üstün tutdu.
Çox keçmədi ki, Reuelin qızı Sippora ilə evləndi və onların bir oğlu oldu. Musa, qayınatasının qoyunlarına baxdı və Misiri unutmağa başladı. Öz xalqı, öz millətindən olan insanları belə düşünməkdən əl çəkdi.
Lakin Allah İsrailliləri unutmadı. Onları əzab çəkərkən gördü, dualarını eşitdi və onlara kömək etmək qərarına gəldi. Buna görə də, Musanı çağırdı.
SUALLAR
1) Firon nə üçün İsrailliləri çox işlədirdi?
2) Firon, İsrail xalqını məhv etmək üçün nə planlayırdı?
3) Musanın anası ona nə etdi?
4) Musa ailəsinin evində yaşayarkən anası ona nə öyrətdi?