
Qırmızı Dənizi Keçmək
Müqəddəs Kitab, Çıxış, 13:20-22; 14; 15:1.22-ci fəsillər
Musa isə xalqa belə dedi: “Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz. Sakit olun, Rəbb sizin üçün döyüşəcək!”
İsraillilərin Misirdən ayrıldığını görən firon, onları buraxdığına peşman oldu.
O, əsgərlərinə əmr etdi: “Onların arxasınca getməliyik və onları tutmalıyıq! Onları geri qaytaraq və ağır cəzalandıraq”.
İki təkərli atlı arabaları müşayiət edən oxatanlarla Misirlilər onların ardınca getdilər.
İsrail xalqı vəd edilmiş torpaqlara yollandı. Allah Özü onlara yol göstərdi. Rəbb gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecələr isə işıq vermək üçün od dirəyində rəhbərlik edirdi. Gündüz bulud dirəyi və od dirəyi xalqın önündən əskik olmadı. Bulud dirəyi sönəndə, Musa xalqa fasilə edib, dincəlmələrini söylədi. Lakin bulud hərəkət etməyə başlayanda, İsraillilər yenidən yola düşdülər.
Beləcə, Qırmızı dənizə gəldilər, dəniz kənarında düşərgə saldılar. Çadırlarını qurmağa vaxt tapmamış, arxadan atların ayaq səslərinin gurultusunu eşitdilər. İsraillilər, fironun Misir tərəfdən yaxınlaşdığını gördülər, onunla birlikdə çox əsgərlər, atlar və döyüş arabaları da var idi. Firon onları Misirə geri qaytarmaq üçün gəlmişdi.
İsraillilər qorxu içində yaxınlaşan döyüş arabalarına baxdılar. Onlar nə edəcəkdilər? Onların qarşısında dəniz, arxalarında isə firon və ordusu var idi. İsraillilər doğrudan da qorxmuşdular, ona görə də Musanı ittiham etməyə başladılar: “Niyə bizi səhrada ölməyə apardın? Səhrada ölməkdənsə, Misirlilərə qulluq etmək, bizim üçün daha yaxşı olardı!”
Belə deməklə nankorluq etdilər, lakin Musa onları sakitləşdirdi. Belə dedi:
“Qorxmayın! Bu gün Allahın necə qüdrətli olduğunu görəcəksiniz! Rəbb sizin üçün döyüşəcək, sadəcə sakit olun!”
Təəccüblü bir şey oldu! Önlərindəki bulud dirəyi yerini dəyişdirib arxalarına, Misir ordusu və İsraillilərin arasına gəldi. Gecə boyu bulud bir tərəfi qaraldır, digər tərəfini işıqlandırırdı. Misirlilər birdən-birə önlərində sıx bulud divarı gördülər. Başları tamamilə qarışdı. Firon, bulud dağılana qədər gözləmələri üçün əmr etdi.
Bulud Misirlilərin tərəfini qaraldır, digər tərəfdə isə İsrail xalqının yolunu işıqlandırırdı. İsraillilər bir az cəsarətləndilər. Bəs indi nə etməli idilər? Hamı ümidlə Musaya baxdı. Allah Musaya belə dedi: “Əsanı qaldır və əlini dənizin üzərinə uzat ki, İsraillilər quru torpaq üzərində yeriyərək dənizi keçsinlər”.
Musa dənizin kənarında dayanıb əlini dənizə uzatdı. Dəniz hiddətləndi, külək gücləndi və getdikcə daha sərt əsməyə başladı. Külək o qədər qüvvətli idi ki, suları geri itələdi. Dənizin ortasında quru torpaq zolağı əmələ gəlib. Sular insanların sağında və solunda divar yaradırdı. Allah bir möcüzə yaratmışdı! İsraillilərin cəsarəti yerinə yetdi. Bütün ailələr bir-birinin ardınca Musanın ardınca getdilər. Musa nəmli dənizin dibi ilə yeriyərək onlara rəhbərlik edirdi.
Bulud Misirlilərin önündən yavaş-yavaş qalxanda, onlar atlarını yəhərləməyə başladılar. Dənizə gedən yolu görəndə irəli doğru atıldılar. Çox keçmədən döyüş arabalarının təkərləri yaş qumun içinə düşdü, lakin firon acgözlüklə ordusunu irəli apardı. Bu vaxt, bütün İsraillilər qarşı tərəfə keçmişdi. Musa dənizə tərəf dönüb, əsasını endirdi. Külək birdən durdu və sular axmağa başladı. İsraillilər dayanıb dənizə baxdılar, Misirlilərdən əsər-əlamət yox idi. Sadəcə suyun üstündə at arabalarının bir neçə parçası qalmışdı.
Bütün İsraillilər sevinc içində Musa ilə birlikdə qurtuluş ilahiləri oxudular.
“Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi. Rəbb mənim Allahımdır, Ona həmd edəcəyəm. Atamın Allahıdır, Rəbbi yüksəldəcəyəm.”
SUALLAR
1) Misirlilər nə üçün İsrail xalqını təqib etməyə başladılar?
2) Allah onları necə dayandırdı?
3) Allah dənizi necə ikiyə ayırdı?