Yusif Qardaşları ilə Qarşılaşır

Yusif Qardaşları ilə Qarşılaşır

Müqəddəs Kitab, Yaradılış, 42, 43, 44-cü fəsillər

Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə üzlərini yerə qoyub səcdə etdilər.

Növbəti yeddi il ərzində Misir xalqının məhsulu bol oldu. Lakin sonra yeddi il aclıq başladı. Bütün Misirdə aclıq şiddətli idi və xalq Fironun yanına gedib yemək istədi. “Yeməyə heç nəyimiz yoxdur! Biz acından ölürük” dedilər.

Firon da dedi: “Yusifin yanına gedin, o sizə kömək edər”.

Misir xalqı Yusifin yanına getdi və Yusif anbarlardakı buğdaları satmağa başladı. Bütün qonşu ölkələrdən insanlar yemək almaq üçün Misirə gəldi. Yemək pulunu ödəmək üçün özləri ilə torba-torba gümüş gətirdilər. Yusif pulu qəbul etdi və bunun müqabilində torbalarını buğda ilə doldurdu. Misir ambarlarında o qədər çox buğda var idi ki, Yusif bunları ehtiyacı olanlara sata bilirdi.

O vaxt Yaqub və ailəsinin yaşadığı Kənan torpağında aclıq hökm sürürdü. Yaqub, Misirdə yemək olduğunu biləndə, oğullarını ora göndərdi. Uzun və yorucu bir yoldan sonra, Fironun sarayına çatdılar. Orada çox xüsusi bir adamın qarşısına gətirildilər.

Bu adamın görünüşü qorxu və hörmət oyandırırdı. Onun paltarı necə də gözəl idi! Ən böyük qardaş Ruven belə düşündü: “Bu adam fironun baş köməkçisi, yəni bütün Misirdə, ikinci ən nüfuzlu adam olmalıdır”. Ruven onun qardaşı Yusif olduğunu başa düşə bilmədi, onu tanıya bilmədi. Qardaşlar, onun qarşısında hörmətlə baş əydilər.

“Xahiş edirəm, ağam, bizə buğda satın! Bunun əvəzini artıqlamasıyla ödəyəcəyik!” onlar dedilər.

Lakin Yusif qardaşlarını tanımışdı. Bir qədər tərəddüd edərək belə düşündü: “Görək qardaşlarımın ürəyi dəyişibmi? Öz pis əməllərini xatırlayırlarmı? Onlar etdiklərinə peşmandılarmı?” Onlara sərt şəkildə belə dedi:

“Siz casussunuz! Siz ölkənin zəif yerlərini öyrənməyə və bizə hücum etməyə gəlmisiniz!”

Qardaşlar yerə əyilərək, “Yox yox!” deyə çarəsizlik içində özlərini müdafiə etdilər.

Elə o vaxt Yusif, uzun müddət əvvəl gördüyü yuxunu xatırladı. Qardaşlarının dərzinin, onun dərzinin qarşısında səcdə edirdi.

Ruven cəsarətini topladı və dedi:

“Biz bir atanın övladlarıyıq. Biz on iki qardaşıq. Ən kiçiyimiz atamızın yanında qaldı, biri isə yoxa çıxıb”.

Yusif dedi: “Yaxşı, amma, mənə yalan danışıb-danışmadığızdan əmin olmalıyam. Sizlərdən birini saxlayacam. Qalanlarınız gedib ailənizə yemək götürün və ən kiçik qardaşınızı mənim yanıma gətirin. Əgər gələrsə, daha çox yemək alıb geri qayıdarsınız. Amma mənə qayıtmasanız, yalan danışdığınızı və casus olduğunuzu başa düşəcəm”.

Beləcə, torbalarla buğdayla yola düşdülər və qardaşlardan biri Şimeon, Misirdə qaldı.

Qardaşlar atalarının yanına gələndə, başlarına gələnləri ona danışdılar. Yaqub ən kiçik oğlu Binyamini göndərməkdən imtina etdi, çünki Yusif kimi onu da itirməkdən qorxurdu.

Bir neçə aydan sonra onların yeməkləri bitəndə Yaqub, Binyaminin qardaşları ilə getməsinə razı oldu. Yəhuda, Binyamini qoruyacağını və onu sağ-salamat geri qaytaracağını vəd etdi.

Böyük Misir şəhərinə çatan kimi, onları başçının evinə apardılar. Bu vəziyyət qardaşları qorxutdu. Amma çox təəccüblü olanı, onları böyük bir salona gətirmələri və orada ziyafət süfrəsinin açılması idi. Başçı nə üçün onları nahar yeməyinə dəvət etmişdi? Onların hər biri yaş sırasına görə oturmuşdular. Bəs Misirlilər onların yaşlarını necə təyin etmişdilər?

Ziyafət zamanı başçı onlarla eşikağası vasitəsilə danışdı, çünki ailələri haqqında daha çox məlumat əldə etmək istəyirdi.

Səhəri gün, karvan geri qayıtmağa hazırlaşdı. Şimeonu qardaşların yanına gətirdilər. Onların torbaları da buğda ilə dolu idi. Ataları onları görəndə nə qədər xoşbəxt olacaqdı!

Onlar şəhərdən çox az uzaqlaşmışdı ki, bir dəstə silahlı atlı arxalarından gəlib onları saxladı.

“Niyə ağama məxsus bir şeyi götürdünüz?” deyə nəzarətçi qışqırdı. “O, sizi yeməyə dəvət etdi, siz isə onun gümüş kasasını oğurladınız!”

Ruven qardaşlarını da müdafiə edərək dedi: “Amma ağam, biz heç vaxt bir şey oğurlamarıq! Çuvalımızı axtarın! Əgər kasanı tapsanız, hamımız ağanızın qulu olarıq. Üstəlik, kasa kimdən çıxırsa, o öldürülsün”.

Çuvalları açılanda, kasa Binyaminin çuvalından çıxdı! Yusifin kasanı Binyaminin çuvalına qoyduracağını haradan bilə bilərdilər? Yusif bir daha qardaşlarını sınamaq istəmişdi.

Onlar qorxu içində Fironun sarayına doğru yola düşdülər. Yusif, Binyaminin Misirdə qul olaraq qalmasını əmr etdi. Yəhuda cəsarətini toplayıb dedi:

“Ağam, sizə yalvarıram! Ən kiçik oğlu sağ-salamat olacaq deyə atama söz verdim. Əgər Binyamin qayıtmasa, atam ölər. İndi sizə yalvarıram, onu göndərin, yerinə məni qul edin”.

Yusif artıq yaxşı başa düşmüşdü. Qardaşlarının ona qarşı törətdiyi günah, onlara dərs olmuşdu. Qardaşlarını əvvəlki kimi köləliyə satmaq əvəzinə, indi onu xilas etmək üçün qul olmağa hazır idilər. Artıq onlar eyni deyildilər, çünki Allah onların ürəklərini dəyişmişdi. Qardaşlarının çaşqın baxışları altında Yusif göz yaşlarına boğuldu.

Bir az sakitləşdikdən sonra onlara dedi:

“Mən sizin qardaşınız Yusifəm!”

On bir qardaş donub qaldı, sanki onu əvvəl heç vaxt görməmişdilər. Haradasa, bütün Misirin idarəsi əlində olan bu güclü adam, Yusif idi. Ataları onu, onlardan daha çox sevdiyi üçün qısqandıqları Yusif idi. Qul olaraq satdıqları Yusif idi.

Yusif belə dedi: “Qorxmayın, bunu sizə qarşı istifadə etməyəcəyəm. İndi aydın başa düşdüm ki, Allah məni Misirə bir məqsədlə göndərdi. Onun məqsədi, sizi və başqalarını aclıqdan qorumaq idi. Yoxsa bu bəladan öləcəkdik. Artıq iki ildir ki, aclıq başlayıb, daha beş il davam edəcək. Siz mənim yanıma ilk gəldiyinizdən bəri, bütün bunların Allahın bir planı olduğunu dərk etdik”.

Qardaşlar çox təəccübləndilər. Yusif indi çox güclü idi; buna baxmayaraq onların etdikləri pisliyin əvəzini vermək niyyətində deyildi.

Yusif qollarını açıb qışqırdı:

“Binyamin! Məni tanımadınmı? Mən sənin qardaşın Yusifəm!”

Binyamin ona tərəf qaçdı, bir-birlərinə sarıldılar və sevincdən ağladılar. Sanki bir maneə aradan qalxmışdı. Qardaşlar bir-birinin ardınca Yusifə sarıldılar. Başlarına gələnlərin doğru olduğuna inana bilmirdilər. Yusiflə uzun-uzadı danışdılar, hamının danışacağı çox şey var idi!

Yusifin qardaşlarının ziyarətini eşidən Firon, Yusifi çağırdı və belə dedi:

“Qardaşlarına de ki, atanı və ailələrini Misirə gətirsinlər. Onlar aclıq bitənə qədər burada qala bilərlər. Ailələrini Kənandan gətirmək üçün onlara atlar və arabalar verəcəyəm. Əşyalarını arxada buraxıb gələcəkləri üçün narahat olmasınlar, çünki onların bütün ehtiyaclarını mən qarşılayacağam”.

Yusif, Fironun qarşısında baş əyib, ona təşəkkür etdi.

“Ağam, siz mənə çox yaxşılıq etdiniz; Mən sizin dediklərinizi yerinə yetirəcəyəm!”

Ertəsi gün qardaşlar Kənan ölkəsinə yola düşdülər. Yaqubu, ailələrini və mal-qarasını Misirə gətirəcəkdilər. Yusif onları yola saldı. Binyamin, qardaşları ilə gedib əl yelləyərkən onları izlədi.

Müzakirə üçün suallar

3 sual
  1. Yusifin tarlada dərzlər haqqında yuxusu necə gerçəkləşdi?

  2. Gümüş kasa çuvallarında tapıldıqda qardaşlar niyə qorxdular?

  3. Yaqub, Binyaminin qardaşları ilə Misirə getməsini niyə istəmədi?

17. Yusif Qardaşları ilə Qarşılaşır00:00 / 07:22