Peter Həbsxanada

Peter Həbsxanada

Müqəddəs Kitab, Həvarilərin İşləri, 12-ci fəsil, 1-17-ci ayələr

O vaxtlar padşah Hirod cəmiyyətin bəzi üzvlərinə zülm etməyə əl atdı. Yəhyanın qardaşı Yaqubu qılıncdan keçirib edam etdirdi… O, Peteri yaxalatdırıb zindana saldırdı… Peter buna görə zindanda saxlanılırdı. Lakin imanlılar cəmiyyəti ciddi-cəhdlə onun üçün Allaha dua edirdi.

Roma imperatoru Qeysər, Böyük Hirodun nəvəsi Hirod Aqrippanı Yerusəlim və Fələstinin böyük hissəsinə hökmdar təyin etmişdi.

Onun hakimiyyəti dövründə məsihçilərə qarşı amansız təqiblər başladı. Yəhudi rəhbərləri və tərəfdarları həvarilərə və İsaya iman edənlərə nifrət edirdilər. Hirod da bunu bilirdi. Onların dəstəyini qazanmaq üçün Hirod, Yəhyanın qardaşı Həvari Yaqubu öldürməyi əmr etdi. Yəhudilər bundan məmnun oldular. Sonra Hirod Peterin də tutulmasını əmr etdi.

Peteri zindana saldıqdan sonra, gecə-gündüz keşik çəkmək üçün on altı əsgər göndərdi.

Hirod, Peterin edam gününü çoxdan təyin etmişdi. İmanlılar cəmiyyəti onun üçün dua edirdi. Digər həvarilər təqiblərdən xilas olmaq üçün Yerusəlimdən qaçmışdılar. Lakin Yerusəlimdə onlardan başqa bir çox imanlı var idi. Bu insanlar Peter üçün dua etmək məqsədiylə Məryəmin (Yəhyanın anası) evinə toplaşmışdılar.

Bu zaman Peter yatmışdı. İki əsgər gecə-gündüz onun üçün keşik çəkirdi. Bundan başqa həbsxananın darvazasında, girişində və daxili qapılarında da mühafizəçilər dayanmışdı. Peterin həbsdən qaçması mümkün idimi? Xeyr, mümkün deyildi. Qaçmağa cəsarət belə edə bilməzdi.

Ancaq birdən heç kimin gözləmədiyi bir şey oldu. Allahın bir mələyi qəflətən Peterə göründü. Peter dərin yuxuda idi, ona görə də mələk onu oyatmaq üçün onun böyrünə vurdu və dedi: “Tez ol, qalx, gedək!”.

O andaca Peterin biləklərindəki zəncirlər düşdü. Mələk əsgərlər yatarkən Peterin geyimlərini və çarığını bağlamasını dedi. Bundan sonra mələk dedi: “Ardımca gəl!”.

Peter həbsxananın açıq qapısından keçərək onun ardınca getdi. Yatan qarovulçunun yanından keçib dəmir darvazaya çatdılar. Onların qarşısında darvaza öz-özünə açıldı. Onlar çıxıb bir az getdilər və mələk Peterdən ayrıldı.

Özünə gələn Peter dedi: “İndi əminliklə başa düşdüm ki, Rəbb Öz mələyini məni Hirodun əlindən və Yəhudi xalqının gözlədiyi bütün bəlalardan qurtardı”.

Bir çox imanlının onun üçün dua etdiyi evə getdi. Peter qapını döydü, bir xidmətçi qız qapını açmaq üçün gəldi. O, Peterin səsini eşidəndə çox sevindi! Qapını açmadan qaçdı və insanlara Peterin qapıda olduğunu söylədi. Möminlər ona inanmadılar. Allah tərəfindən Peteri qorumaq üçün bir mələyin gəldiyini düşündülər. Lakin Peter qapını döyməyə davam etdi. Qapı açılanda Peteri qarşılarında görəndə imanlılar mat qaldılar. Necə də xoşbəxt idilər! Peter onlara sakit olmalarını işarə etdi və çox diqqət çəkməmələrini istədi. Onlar sakitləşəndə, ​​Peter Allahın onu möcüzəvi şəkildə həbsdən necə çıxardığını nəql etdi.

Sonra Peter Yerusəlimdən ayrıldı, Hirod onu axtarsa ​​da, tapa bilmədi.

SUALLAR

1) Hansı hökmdar Yerusəlimdəki imanlılar cəmiyyətini təqib etməyə başladı? Niyə?

2) Həvarilərdən hansı imanına görə ilk dəfə şəhid oldu? Növbəti kim olacaqdı?

3) İmanlı cəmiyyətinin üzvləri nə edirdilər?

4) Edam gecəsi Peterə nə oldu?

98. Peter Həbsxanada00:00 / 03:03