Yəhya və Peter Qəbirin Yanına Gedirlər

Yəhya və Peter Qəbirin Yanına Gedirlər

Müqəddəs Kitab, Yəhya, 20-ci fəsil, 1-10-cu ayələr

Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb. Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: “Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik”. Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər. İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı. Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi. O vaxt onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi.

Şəhərə qayıdan Məcdəlli Məryəm, İsanın şagirdləri Peter və Yəhyanın yanına gəldi.

“Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik!” deyə ağladı.

O, İsanın o vaxt sağ olduğundan, dirildiyindən xəbərsiz idi!

Peter və Yəhya bu xəbərdən heyrətə gəldilər. Dərhal məzara tərəf qaçdılar. Yəhya Peterdən daha cəld qaçdı və Arimateyalı Yusifin bağına gəldi. Daşın qəbrin ağzından götürülmüş olduğunu gördü.

İçəriyə baxdı, amma girmədi. Bu çox qəribə idi! Cəsəd orada yox idi. Sadəcə səliqə ilə bükülmüş kətan bezlər qalmışdı. Yəhya bayırda durub gözləyirdi. Peter qaçaraq gəldi və qəbrin içinə girdi. O da eyni şeyi gördü. İsanın cəsədinin bükülmüş olduğu kətan bezlər və başqa bir yerdə başına qoyulmuş dəsmalı bükülü qatlanmış vəziyyətdə gördü. Məryəm fikrincə, əgər cəsəd oğurlansaydı, oğrular kəfəni və başına qoyulmuş dəsmalı səliqə ilə büküb qoymazdılar!

Yəhya Peterin ardınca məzara girdi. İsanın sağ olduğunu birdən başa düşdü! Məzar ona görə boş idi!

Peter və Yəhya şəhərə qayıtdılar. Oradakı şagirdlərin çoxu və qadınlar, İsanı canlı gördüklərini təsdiq etdilər! İsa üçün yas tutub ağlayan şagirdlərin və imanlıların əksəriyyəti bu sevincli xəbərə inana bilmədilər.

SUALLAR

1) Məcdəlli Məryəm, Peter və Yəhyaya hansı xəbəri dedi?

2) Peter və Yəhya qəbirdə nə gördülər?

3) Yəhya boş qəbri gördükdən sonra nəyə iman etdi?

89. Yəhya və Peter Qəbirin Yanına Gedirlər00:00 / 01:33