
Tomas Şübhə Edir
Müqəddəs Kitab, Yəhya, 20-ci fəsil, 24-29-cu ayələr
Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub “Sizə salam olsun!” dedi. Bundan sonra Tomasa söylədi: “Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!” Tomas cavab verib Ona “Ya Rəbbim və Allahım!” dedi.
Rəbb şagirdlərə görünüb onlara yaralarını göstərəndə, Tomas orada deyildi. Ertəsi gün dostları həyəcanla baş verənləri ona danışdılar amma o başını buladı.
Belə dedi: “Mən sizə inanmıram. Bütün bunlara inanmaq üçün Onun yaralarına toxunmalıyam”.
Yazıq Tomas! Biz ona şübhə edən Tomas deyirik, çünki o, İsanın həqiqətən yaşadığına əmin ola bilmirdi. Onu özü görməyincə inanmayacaqdı. Mıxların izinə barmağıyla toxunaraq və əlini İsanın böyründəki nizə yarasına qoyaraq əmin olmaq istəyirdi. Tomasın inanması üçün möhkəm bir dəlilə ehtiyacı var idi.
Bir həftə sonra şagirdlər yenidən toplandılar və keçən dəfə olduğu kimi, İsa qəfildən onların arasında peyda oldu.
“Sizə sülh olsun!” deyərək onları salamladı.
Sonra İsa əllərini uzadıb Tomasa belə dedi:
“Budur yaralarım Tomas, onlara toxun! İmansız olma, imanlı ol! Allaha etibar et!”
Tomas, inanmadığı üçün və dediyi sözlərə görə utanaraq İsanın ayaqları altına düşdü və Ona səcdə etdi. İndi Tomasın ürəyi dirilmiş Xilaskar üçün məhəbbətlə dolu idi. Titrəyən bir səslə “Rəbbim və Allahım!” deyə ağladı.
Müzakirə üçün suallar
3 sualTomasın şübhələri necə yaranmışdı?
Nə üçün ona şübhə edən Tomas deyilirdi?
İsa, Toması danladımı?