İsa Dirilir

İsa Dirilir

Müqəddəs Kitab, Matta, 28-ci fəsil, 1-8-ci ayələr

Şənbə günü keçəndən sonra, həftənin ilk günü səhər dan yeri ağaranda Məcdəlli Məryəm və o biri Məryəm qəbiri görməyə gəldilər. Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu... Keşikçilər qorxudan titrəyib ölü kimi oldular. Mələk qadınlara müraciət edərək dedi: “Siz qorxmayın! Çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm. O burada yoxdur, dediyi kimi dirilmişdir! ... Tez gedin, Onun şagirdlərinə belə söyləyin: İsa ölülər arasından dirildi.”

Dan yeri ağaranda, bir neçə qadın, o cümlədən Məcdəlli Məryəm, o biri Məryəmlə Şalomit də Yerusəlimin dar küçələrindən keçdilər. Niyə belə kədərli görünürdülər? Dəhşətli bir şey baş vermişdi: İsa ölmüşdü! Hər birinin İsaya şükr etmək üçün bir çox səbəbləri var idi. Ona bir daha heç vaxt qulaq asa bilməyəcəklərini və daha əvvəl etdikləri kimi, Ona artıq kömək edə bilməyəcəklərini düşünürdülər. İndi onlar sonuncu dəfə İsaya öz ehtiramlarını bildirmək istəyirdilər. Onlar İsanın cansız bədənini ədviyyatlarla məsh edəcəkdilər.

Qəbirə gedəndə, qadınlar məzar daşını götürməkdən narahat idilər. Nəhayət, İsanın qəbrinin yerləşdiyi bağa çatdılar. Amma bu nə idi? Daş geriyə yuvarlanmışdı və məzarın girişi açıq idi! Qadınlar yaxınlaşdılar. Ətrafda heç kim yox idi. Qadınlar əvvəlcə qəbrin içinə diqqətlə baxdılar, sonra çəkinərək içəri girdilər. Cəsədin qoyulduğu daş pilləkənin boş olduğunu gördülər! Burada nə baş vermişdi? Doğrudanmı kimsə İsanın cəsədini oğurlayıb aparıb?

O vaxta qədər hələ İsanın dirildiyini bilmirdilər. İsa dirildildiyi üçün bədəni məzarda deyildi. Ən böyük möcüzə səhər tezdən baş verdi. Məsih dirildi! Göydən bir mələk endi və daşı bir tərəfə yuvarladı. Beləliklə, hər kəs İsanın orada olmadığına əmin oldu. Keşikçilər qorxuya düşüb qaçdılar.

Amma qadınlar bunu bilmirdilər. Gördükləri yalnız boş bir məzar idi, Məcdəlli Məryəm həqiqətən kədərlənmişdi. Digər qadınlar nə edəcəklərini düşünərkən, Məcdəlli Məryəm xəbəri Peter və Yəhyaya çatdırmaq üçün birbaşa şəhərə qaçdı. Birdən göz qamaşdıran paltarlı bir mələk gördülər. Mələk onlara gözəl xəbəri belə dedi: “İsa dirildi! Qorxmayın! Tez şəhərə qayıdın və şagirdlərə İsanın dirildiyini söyləyin!”

Müzakirə üçün suallar

4 sual
  1. Həftənin ilk günü hansı böyük möcüzə baş verdi?

  2. Qadınlar səhər hara getdilər? Onların getməsinin səbəbi nə idi?

  3. Mələyi gördüklərində məzardakı keşikçilərə nə oldu?

  4. Mələk qadınlara nə dedi?

88. İsa Dirilir00:00 / 01:58