
İsa Pilatın Qarşısında
Müqəddəs Kitab, Luka, 23-cü fəsil, 1-25-ci ayələr
Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı. Amma onlar “Onu çarmıxa çək, çarmıxa çək!” deyə bağırırdılar. Pilat üçüncü dəfə onlara dedi: “Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm”.
Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların səsi hamıdan bərk gəlirdi. Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi. Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi.
Ertəsi gün səhər əsgərlər İsanı Roma İmperatorunun nümayəndəsi Pilatın yanına gətirdilər. İsanı edam edib etməyəcəklərinə o qərar verəcəkdi. İnsanlar çoxdan sarayın qarşısına yığılmışdı. Pilat ora toplaşanlara ucadan dedi: “Bu adamda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Onda heç bir günah tapmadım. Ona görə də onu cəzalandırıb azad edəcəyəm”.
Bütün xalq dedi: “Yox! Yox! Onu çarmıxa çək! Onu çarmıxa çək!” deyə bağırdılar.
Axı Pilat daha nə esin? Bu insanlar İsaya ölüm cəzası verməsi üçün onu məcbur edirdilər. Lakin Pilat İsanın təqsirsizliyindən çox əmin idi. Sonra onun ağlına belə bir fikir gəldi: “Yəhudilərin Pasxa bayramında bir əsiri azad etmək adətdir. Əgər qatil Barabba ilə İsa arasında seçim etməli olsalar, çox güman ki, İsanı seçəcəklər”. Pilat izdihama dedi: “Bu il sizin üçün kimi azad etməyimi istəyirsiniz? İsanı? Barabbanı?”
İnsanlar, “Barabba, Barabba, Barabba!” deyə bağırdılar.
Sarayın həyətindən gülüşlər eşidilirdi. Romalı əsgərlər İsaya lağ edərək əylənirdilər. Onu şiddətlə döydükdən sonra, Onu ələ salmağa başladılar. Ona padşah paltarı kimi köhnə qırmızı bir xalat geyindirdilər. Tikanlardan tac düzəldib başına taxdılar. “Yaşasın Yəhudilərin Padşahı!” deyə qışqırdılar və ona istehza etdilər. Onu o qədər pis qamçıladılar ki, bütün bədəni qanadı.
Pilat, İsanın bütün bu istehza və döyülməyə həlimliklə dayanmasının insanlarda Ona qarşı mərhəmət hissi oyadacağına ümid edirdi. Onu xalqın qarşısına çıxartdı, lakin heç kim Ona rəhm etmədi.
Xalq qışqırdı: “Onu çarmıxa çək! Onu çarmıxa çək!”
Pilatın artıq çıxış yolu yox idi. Ona gətirilən bir ləyəndə xalqın qarşısında əllərini yudu və dedi: “Mən bu saleh insanın qanına görə məsuliyyət daşımıram. Bu sizin məsuliyyətinizdir! Onu çarmıxa çəkəcəyəm, amma qanı sizin üzərinizdə qalacaq!”
Sonra onlar üçün Barabbanı azad etdi. Əsgərlər hələ də İsanı ələ salmağa davam edirdilər.
Müzakirə üçün suallar
3 sualPilat İsanı insanların nifrətindən qorumaq üçün nə etməyə çalışdı?
İnsanlar niyə Barabbanı seçdilər?
İsa nələr yaşamaq məcburiyyətində qaldı?