
İsaya Xəyanət Edilir və O Həbs Olunur
Müqəddəs Kitab, Luka, 22-ci fəsil, 47-54-cü ayələr
İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı. Amma İsa ona dedi: “Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?”
Bağa bir izdiham gəldi. İnsanlar məşəllərlə yolu işıqlandırırdı, sanki bir oğru və ya qatili həbs edəcəkmiş kimi əllərində qılınc və dəyənəkləri var idi. Gələnlərin əksəriyyəti; kahinlərin və fariseylərin adamları idi. Şagirdlərdən biri Yəhuda onlara rəhbərlik edirdi.
“Kimi axtarırsız?” deyə İsa soruşdu.
İzdihamın arasından biri “Nazaretli İsanı!” deyə qışqırdı.
İsa, “O, Mənəm” dedi.
Yəhuda onlara bir işarə verəcəyini söyləmişdi. “Mən heç bir qarışıqlıq istəmirəm. Salamlamaq üçün İsanı öpəcəyəm ki, dəqiq kimi həbs edəcəyinizi biləcəksiniz” dedi.
Yəhuda, İsaya yaxınlaşanda, İsa astadan dedi: “Dostum, Mənə bir öpüşlə xəyanət edirsən?”
İsanın bu sözləri Yəhudanın ürəyinə vurdu, amma yenə də o, İsanı öpdü. O anda kahinlərin adamları irəli atıldılar və İsanı tutub həbs etdilər.
İsa dedi: “Niyə gecənin bir yarısında yanıma gəldiniz? Hər gün məbəddə öyrədirdim, Mənə toxunmadınız” dedi. Onu bağlamalarına göz yumdu və müqavimət göstərmədi.
Müəllimlərinin aparıldığını görən şagirdlər qorxu içində səpələndilər.
İsa, düşmənləri ilə birlikdə edam cəzasına məhkum edilmək üçün Yerusəlimə aparıldı.
SUALLAR
1) İsa və şagirdlərindən başqa o gecə kim Getsemani bağına gəldi?
2) Yəhuda, İsaya yaxınlaşanda nə etdi?
3) Məsihi həbs etməyə gələndə, nə üçün o müqavimət göstərmədi?