Getsemani Bağında

Getsemani Bağında

Müqəddəs Kitab, Luka, 22-ci fəsil, 39-46-cı ayələr

İsa və onun şagirdlərindən on biri, Yerusəlim yaxınlığından axan Kidron çayını keçdilər. On ikinci şagird Yəhuda onların yanında deyildi. Şagirdlər, gecənin qaranlığında Zeytun dağına getdilər. Burada İsa Səmavi Atasına dua edərdi.

Dağın ətəyində Getsemani adlı bir zeytun bağı var idi. Bağçaya girməzdən əvvəl İsa şagirdlərinə dedi: “Burada oturun, Mən gedib dua edəcəyəm”.

İsa, Peter, Yaqub və Yəhyaya Onunla gəlmələrini söylədi.

İsa o vaxt mübarizə aparırdı. O, kədərli və narahat idi. Rəbb nəyin baş verəcəyini bilirdi. İnsan günahlarının yükü üzərində idi və İsa çarmıxda ölümlə üzləşməli idi. Təkcə bədəni deyil, ruhu və canı şiddətli ağrıları çəkəcəkdi. Heç bir günah bilməyən O, bəşəriyyətin bütün günahlarının cəzasını çəkəcəkdi.

Kədər və qüssə içində olan Rəbb ən sevimli şagirdlərinə belə dedi:

“Kədərdən boğulmuş haldayam. Siz burada qalıb gözləyin, gözünüz üzərimdə olsun!”

Hər bir insan kimi, İsanın da dostlarıyla birlikdə olmağa ehtiyacı var idi. Buna görə də şagirdlərini, birlikdə dua etməyə çağırdı. Onlardan biraz uzaqlaşaraq diz çöküb dua etməyə başladı.

“Ata! Sənin üçün hər şey mümkündür. Bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun”.

Hər bir insan kimi, Rəbb də gələcək ağrı və iztirablardan qaçmaq istəyirdi. Lakin Atasına itaətkar bir Oğul olaraq belə dedi: “Amma Mənim istəyim yox, Sənin iradən yerinə yetiriləcək”.

İsa dua edərkən o qədər kədərləndi ki, onun təri, torpağa düşən qan damlalarına bənzəyirdi. Göydən bir mələk İsaya göründü və onu gücləndirdi.

Duasını bitirdikdən sonra üç şagirdin yanına getdi. Onunla dua etmələrini istəmişdi, lakin onlar dua etmirdilər. Onları yatmış tapdı. Onları oyandırdı və Peterə dedi: “Şimon, yatmısan? Bir saat oyaq qala bilmədin?”

Bunu söyləyərək İsa, Şimona əvvəlki vədini xatırlatmaq istədi. Bu vəd Onunla birlikdə ölmək və Onu inkar etməmək idi. İsa daha iki dəfə şagirdlərindən duada ona dəstək olmalarını istədi və iki dəfə də onları yatarkən tapdı. Üçüncü dəfə gəldiyində belə dedi:

“Hələ də yatıb dincəlirsiniz? Vaxt gəldi. Budur, Bəşər Oğlu günahkarların əlinə verilir. Qalxın! Gedək! Budur, mənə xəyanət edən gəlir!”

SUALLAR

1) Axırıncı şam yeməyindən sonra İsa hara getdi?

2) İsa Getsemani bağında nə edirdi? O, Səmavi Atasından nə istədi?

3) İsa şagirdlərindən nə etmələrini istədi?

83. Getsemani Bağında00:00 / 02:37