
Zakkay İsa İlə Görüşür
Müqəddəs Kitab, Luka, 19-cu fəsil, 1-10-cu ayələr
İsa ... “Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam”. O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi. Bütün xalq bunu gördükdə deyinməyə başladı: “Gedib günahkar bir kişinin qonağı oldu!” Zakkay... Rəbbə belə dedi: “Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam”. İsa ona dedi: “Bu gün bu evə xilas gəldi...”
Vergiyığanların rəisi Zakkay, Yerixoda yaşayırdı. O, zəngin və tanınmış bir adam idi. Onun iş yeri Yerixo şəhərinin darvazasına yaxın idi. Zakkayın bu yeri seçməsinin bir səbəbi var idi. Tacirlər şəhərə daxil olarkən bu darvazadan keçməli idilər. Onlar qapıya yaxınlaşanda Zakkay belə bağırırdı: “Gözlə! Heç kim rüsum ödəmədən içəri girə bilməz. İki gümüş sikkə çıxarın. Romalı məmurların qoyduğu vergidir”.
Səyyahlar könülsüz pul verdiklərində, Zakkay sevinirdi. Sadəcə Romanın sərvəti deyil, Zakkayın da sərvəti artırdı. Bir gümüş sikkə Roma məmurlarına gedirdi, qalanını Zakkay özündə saxlayırdı.
Gülümsəməsinə baxmayaraq həqiqətən xoşbəxt deyildi, çünki heç kim onu sevmirdi. Bir çox insan ona nifrət edirdi. Bu, Zakkay üçün bir sirr deyildi, belə bir münasibət göstərmələri insanlardan çox onun xətası idi. Həm işi, həm də işini idarə etmə tərzi yanlış idi.
Bir gün Zakkay insanlardan İsanın tezliklə Yerixoya gələcəyini eşitdi.
Anidən maraqlandı və belə düşündü: “İsa, Çox tanınmış olduğu üçün mən də onu görmək istəyirəm. Hamı İsanın həqiqətən insanları sevdiyini deyir. Əlbəttə, şübhəsiz məni sevəcəyini düşünmürəm. Məni heç kim sevmir. Amma yenə də onu görmək istəyirəm”.
Zakkay işi nökərlərinə tapşırdı və İsanın keçəcəyi küçəyə getdi. Amma İsanı görməyə can atan bir çox insan artıq gəlmişdi! Boyu qısa olduğuna görə Zakkay izdiham üzündən İsanı görə bilmirdi.
Zakkay nə edə bilərdi? Nə baş verdiyini görmək üçün yuxarı çıxması lazım idi. Yaxınlıqda bir ağacı gördü və ona dırmaşmaq qərarına gəldi. Xalq, vergiyığanların rəisinin ağaca dırmaşdığını görəndə gülməyə başladı. Lakin Zakkay onlara məhəl qoymadı. O, sadəcə İsanı görmək istəyirdi. Başqa heç nəyin əhəmiyyəti yox idi.
Və budur İsa orada idi. Keçərkən on iki şagirdi ona müşayiət edirdi. Bir çox insan onların arxasınca gedirdi. Zakkay, izdihamın ağacın altından keçməsinə diqqətlə baxdı...
Lakin İsa oradan keçib getmədi! O, düz ağacın altında dayandı, yuxarı baxıb onu gördü və yüksək səslə dedi:
“Zakkay, tez aşağı düş! Bu gün Mən sənin evində qalmalıyam”. Zakkay tez aşağı düşdü.
Zakkay çox təəccübləndi. “O məni hardan tanıyır? Niyə mənim evimə gəlmək istəyir?” deyə düşündü.
Amma düşünməyə çox vaxtı yox idi. Zakkay cəld aşağı düşdü və İsanı evinə apardı. Dərhal yeməyin hazırlanmasını əmr etdi və süfrəni ən yaxşı yeməklərlə doldurdu. Nəhayət İsa ilə şəxsən tanış olduğuna görə çox sevindi. İsa haqqında deyilən hər şeyin doğru olduğundan artıq əmin idi. Bütün insanları sevirdi. Buna Zakkay kimi həyat tərzləri bəyənilməyənlər də daxil idi.
Zakkayın ürəyində böyük dəyişiklik baş verdi. İsa ilə danışdıqdan sonra o, bütün həyatının günaha qərq olduğunu başa düşdü və tövbə etdi. Nahar bitən kimi Zakkay İsaya belə söz verdi: “Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən ki, haqsızlıqla bir şey almışam, ona dördqat qaytaracağam”.
Zakkay, İsanın evinə gəldiyinə görə çox xoşbəxt idi. İsa ilə görüşəndən sonra vergiyığanların rəisi yeni həyata başladı. Artıq tək istəyi Allahın ondan istədiyini yerinə yetirmək idi.
İsanın ardınca gedən bir çox insan Onun Zakkaya ziyarət etməsini tənqid etdilər.
Onlar şikayətləndilər: “Nə üçün İsa belə bir adamı ziyarət etdi? Biz o yalançı ilə heç danışmarıq. Heç kim onunla bir masa arxasında oturmaq istəməz. Amma İsa bizim yerimizə onun yanına gedir”.
İsa tez-tez səhv başa düşülürdü.
Lakin Rəbb Zakkaya belə dedi:
“Bu ev bu gün xilas oldu! İndi xilas oldun və Allahın xalqına aid oldun. Mən sənin kimi itmiş digər günahkarları da axtarıb qurtarmaq üçün gəlmişəm”.
Müzakirə üçün suallar
3 sualZakkay nə etdi?
Zakkay İsaya nə söz verdi? Niyə belə bir qərar verdi?
İsa nə üçün dünyaya gəldi?