
İsa, Lazarı Dirildir
Müqəddəs Kitab, Yəhya, 11-ci fəsil, 1-45-ci ayələr
Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm idi. Xəstələnən Lazar onun qardaşı idi. Bu səbəbdən iki bacı “ya Rəbb, sevdiyin adam xəstədir” deyə İsaya xəbər göndərdi. İsa bunu eşidib dedi: “Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq”.
Bet-Anyadan olan Marta və Məryəmin qardaşı Lazar ağır xəstələnmişdi. Bacıları o öləcək deyə qorxurdular, İsaya “Ya Rəbb! Dostun çox xəstədir” deyə xəbər göndərdilər.
İsa bunu bilirdi, amma narahat olmadı. “Bu xəstəlik ölümlə nəticələnməyəcək. Bu, Allahın izzətinə xidmət edəcək” deyə cavab verdi.
Lazarın xəstəliyini eşidəndən sonra İsa olduğu yerdə daha iki gün qaldı. Sonra dedi: “Gedək! Dostumuz Lazar yatıb, Mən onu oyatmaq üçün gedirəm”.
Şagirdlər Onun nə dediyini başa düşmədilər. İsa belə izah etdi: “Lazar ölüb! Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. İndi isə gəlin onun yanına gedək!”
Rəbb, Bet-Anyaya gələndə, Lazar dörd gün idi ki, məzarda idi. Kənd izdihamlı idi. Yerusəlim və onun ətrafından olan bir çox Yəhudi, Marta ilə Məryəmə təsəlli vermək üçün gəlmişdi.
Marta, İsanın gəldiyini eşidəndə, Onu qarşılamağa getdi. Məryəm isə evdə qaldı.
Marta, İsanı qarşıladı və Ona belə dedi: “Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək!”
İsa ona, “Qardaşın diriləcək” dedi.
Marta Ona dedi: “Mən bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək”.
İsa ona dedi: “Dirilmə və həyat Mənəm... Mənə iman edən ölsə də, yaşar. Yaşayıb və Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?”
Marta dedi: “Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən”. Bunu deyib, gedib gizlicə bacısı Məryəmi çağırdı. İsanın gəldiyini və onu gözlədiyini dedi.
Məryəm bunu eşidəndə dərhal ayağa qalxıb İsanın yanına getdi. Ayaqlarına düşdü və göz yaşlarına boğuldu.
İsa hər kəsin nə qədər kədərli olduğunu gördü, təsirləndi və ölü adamın hara qoyulduğunu soruşdu. Ona yerini göstərəndə, qəbrə çatdı və ağlamağa başladı. Sonra Lazarın yatdığı mağaranın girişindəki daşın götürülməsini əmr etdi. Bir neçə nəfər daşı çəkdi. Sonra əllərini yuxarı qaldırıb dedi: “Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm”.
“Lazar, bayıra çıx!” deyə bərkdən qışqırdı.
Sonra mümkün olmayan baş verdi! Ölü adam bayıra çıxdı! Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlannışdı. İsa onlara, “Onu açın və buraxın getsin!” dedi.
Böyük möcüzənin şahidi olan bir çox Yəhudi, Rəbb İsaya iman etdi.
Müzakirə üçün suallar
3 sualLazarın hansı bacısı İsanı qarşılamağa getdi? Nə dedi?
İsa “Dirilmə və həyat Mənəm” deyəndə nə demək istədi?
Möcüzə necə baş verdi?