
İsa Bet-Anyada
Müqəddəs Kitab, Luka, 10-cu fəsil, 38-42-ci ayələr
İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi. Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı.
İsa hər dəfə Yerusəlimə gələndə, şəhərdən bir neçə kilometr aralıda yerləşən kiçik Bet-Anya kəndinə baş çəkərdi. Orada Məryəm, Marta və qardaşları Lazarın evində qalardı. Onlar, İsanın dostu və dəstəkçiləri idilər.
Bir gün İsa həmişəki kimi onlara baş çəkməyə gəldi. Məryəm oturub Onun söhbətinə qulaq asırdı, Marta isə yemək bişirirdi. Martanın işi çox idi və bir müddət sonra İsanın yanına gəlib qəzəbli şəkildə belə dedi: “Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yıxıb? Ona de ki, mənə kömək etsin!”
Lakin İsa mülayimcəsinə ona məzəmmət etdi: “Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq”.
İsa nə demək istəyirdi? O, Martaya və digərlərinə ən vacib şeyə diqqət yönəltməyi öyrətmək istəyirdi. Ruhun qidalanması, bədənin qidalanmasından daha vacibdir. Məryəm bunu bilirdi, amma Marta bilmirdi. Yer üzündəki məşğuliyyətlərimizin bir sonu var, lakin Məsih İsanın bizə verdiyi əbədi həyat daimidir. Bu bizim üçün ən yaxşısıdır. Bu, gündəlik həyatımıza etinasız yanaşacağıq demək deyil.
Hər kəsin öz hədəfi və öhdəlikləri var. Lakin Marta ilə olduğu kimi, gündəlik sıxıntılar, ruhani böyüməyə mane olmamalıdır. O zaman Marta üçün Rəbbin danışmasından çox, yemək əhəmiyyətli idi.
Müzakirə üçün suallar
3 sualİsa Yerusəlimdə adətən harada qalırdı?
Marta yemək bişirərkən nəyi unutdu?
Nə üçün İsa Məryəmə bacısına kömək etməsini söyləmədi?