Xeyirxah Samariyalı Məsəli

Xeyirxah Samariyalı Məsəli

Müqəddəs Kitab, Luka, 10-cu fəsil, 25-37-ci ayələr

Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: “Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm? İsa ondan soruşdu: “Qanunda nə yazılıb? Orada nə oxuyursan?”... Bu adam İsaya belə cavab verdi: “«Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev»”. İsa ona dedi: “Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan”. Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: “Bəs mənim qonşum kimdir?”

Bir gün Müqəddəs Qanunu çox yaxşı bilən bir adam İsanın yanına gəldi. Belə şəxslərə o zamanlar “Qanunşünas” deyilirdi. O, İsaya bir sual vermək üçün gəlmişdi, əslində öz canının qayğısına qalmırdı. Sadəcə İsanı sınamaq istəyirdi.

Qanunşünas, “Əgər İsa suala cavab versə, şübhəsiz ki, Onun səhvini göstərəcəyəm” deyə düşündü.

O, İsadan yapışaraq soruşdu: “Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?”

İsa cavab verdi: “Qanunda nə yazılıb?”

Hiyləgər qanunşünas suala belə cavab verdi: “Qanunda yazılıb ki, Allahımız Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev və qonşunu da özün kimi sev”.

İsa təsdiq edərək belə dedi: “Sən düz cavab verdin. Buna əməl et və əbədi həyata qovuşacaqsan”.

Qanunşünas bir az dilxor oldu və tələsik belə dedi: “Bəli, mən bunu bilirəm. Bəs mənim qonşum kimdir?

İsa dedi: “Sənə bir əhvalat danışım”.

Bir adam Yerusəlimdən Yerixoya yol gedirdi. Yolu kimsəsiz bir yerə yönəldi. Bu yer təhlükəli idi, çünki quldurlar bu yolda səyahət edənləri pusquya salırdılar. Quldurlar adamı görəndə pusqudan sıçrayaraq ona hücum etdilər. Onu qarət etdilər, döydülər və buraxıb getdilər. Adamı yolun kənarında yarıcan qoyub getmişdilər.

Təsadüfən o yoldan bir kahin keçirdi. Yaralının yolda uzandığını görüb yolun o biri tərəfində keçib getdi. Ona kömək etmək istəmədi.

Bir müddət sonra məbəddə xidmət edən bir Levili də gəlib həmin adamı gördü və eyni şəkildə yanından keçib getdi.

O yolda keçən üçüncü adam eşşəyini sürürdü. O nə bir kahin, nə də Levili idi. Yəhudi də deyildi. O, Samariyada yaşayan bir Samariyalı idi. İsraillilərin əksəriyyəti Samariyalılara xor baxırdı, çünki onlar Samariyalıların Allaha ibadət tərzini səhv hesab edirdilər. Buna görə də Samariyalı zavallı adama kömək etməyə bilərdi. Amma yaralını görəndə, ürəyi ağrıdı. Adamın yaralarını sarıdı. Sonra adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi. Meymanxana sahibinə otağın pulunu verdi və həmin gecə adamı otağa yerləşdirdi.

Ertəsi gün yola düşməzdən əvvəl Samariyalı meymanxana sahibinə pul verib dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verəcəyəm”.

İsa dedi: “Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?”.

Bu suala cavab vermək asan idi. Qanunşünas, “Sözsüz ki, ona mərhəmət göstərən”.

İsa da ona dedi: “Haqlısan. Get, sən də elə et!”.

Müzakirə üçün suallar

3 sual
  1. İsaya kim sual verdi? O nə soruşdu?

  2. İsa hansı hekayəni danışdı?

  3. Kimi qonşunuz hesab edə bilərsiniz?

71. Xeyirxah Samariyalı Məsəli00:00 / 02:50