
İsa Beş Min Adamı Doydurur
Müqəddəs Kitab, Luka, 9-cu fəsil, 10-17-ci ayələr
İsa bütün günü xalqla danışdı. Qadınlar və uşaqlar da daxil olmaqla, beş minə yaxın insan onu dinləyirdi. İsa sadəcə danışmadı, Onun yanına gələn bütün xəstələrə şəfa da verdi.
Artıq gün batırdı, şagirdlər İsaya dedilər: “Ustad, insanlar bir şey yeməlidilər”.
İsa gülümsəyərək dedi: “Onlara yeməyi siz verin!”.
Filip dedi: “Amma bu qədər insan üçün kifayət qədər yeməyi haradan ala bilərik? Bizdə cəmi beş çörək və iki balıq var. Axı biz burada çöllük yerdəyik. Üstəlik, pulumuz da yoxdur”.
İsa şagirdlərinə dedi: “Çörək və balıqları Mənə gətirin”.
İsa beş çörəyi götürdü, Allaha şükür etdi və Ondan xeyir-dua istədi. Sonra onları bölüb şagirdlərin tutduqları səbətlərə qoydu. Hər iki balığa da eyni şeyi tətbiq etdi.
Şagirdlər gözlərinə inana bilmədilər. Onların gördükləri fövqəltəbii bir hadisə idi. Onlar sadəcə birinci səbətdəki çörəyin və balığın haradan gəldiyini izah edə bildilər. Amma indi bütün səbətlər yeməklə dolu idi! Şagirdlər, çörək və balıqları çəmənlikdə qrup halında oturan xalqa payladılar. Səbətlərdə hələ də yemək qalıqları var idi. Hər kəs üçün kifayət idi! Hamı yedi və doydu.
İsa necə bir insan idi? Belə möhtəşəm işləri görməyə gücü haradan almışdı?
İsa şagirdlərinə dedi: “Gedin artıq qalan yeməkləri toplayın. Heç bir yemək artıq israf edilməməlidir”.
Şagirdlər geri qayıdanda, hər biri səbət dolusu artıq qalan yeməyi gətirdi. İnsanlar yeməyin hamısını yeyə bilməmişdi, çünki doymuşdular. Əvvəl əllərində olan yeməkdən daha çox yemək var idi!
İnsanlar şahidi olduqları möcüzəyə heyrətlənmişdilər.
“Şübhə yoxdur ki, bu Şəxs dünyaya gəlməsi gözlənilən peyğəmbərdir” dedilər.
Təəssüf ki, beş min insan arasından bəziləri İsanın həqiqətən nə etmək istədiyini başa düşməmişdilər. Onların düşündükləri bu idi: “Əgər İsa asanlıqla yemək tapa bilirsə, artıq yemək üçün çox çalışmağımıza ehtiyac yoxdur. Gəlin onu öz Padşahımız edək, O da bizim bütün ehtiyaclarımızı ödəsin”.
İsa bəzi insanların belə arzuları olduğunu bilirdi, amma Onun dünyaya gəlməsinin səbəbi onlara padşah olmaq deyildi. Buna görə də İsa dərhal oranı tərk etdi. Təkbaşına dua etmək üçün insanlardan uzaqlaşıb dağa çıxdı.
Bu insanlar da öz evlərinə getdi. Çünki, İsa onların gözləntilərini doğrultmadı və onların bəzilərini xəyal qırıqlığına məruz etdi.
Müzakirə üçün suallar
3 sualİnsanlar nə üçün İsanın yanına gəldilər?
Hər şeyə qadir olduğunu göstərmək üçün Rəbb nə etdi?
Möcüzəni gördükdən sonra insanlar İsa üçün hansı planları qurdular?