Göldəki Tufan

Göldəki Tufan

Müqəddəs Kitab, Luka, 8-ci fəsil, 22-25-ci ayələr

Bir gün İsa Öz şagirdləri ilə bir qayığa mindi və onlara dedi: “Gəlin gölün o biri sahilinə keçək”. Onlar yola düşdülər. Onlar qayıqda gedərkən İsanı yuxu apardı. Göldə tufan qopdu. Qayıq su ilə dolmağa başlayanda onlar təhlükəli vəziyyətə düşdülər. Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: “Ustad, Ustad, biz həlak oluruq!” İsa durub küləyə və qalxan sulara qadağan etdi. Tufan dayandı və sükut çökdü. Onda O, şagirdlərinə dedi: “Sizin imanınız haradadır?”

Bir gecə Qalileya gölünün sahilində İsa ona qulaq asmaq üçün toplaşanlara dərs deyirdi. Bitirdikdən sonra şagirdlərinə dedi: “Gəlin gölün o biri sahilinə keçək”.

Şagirdlər qayığı hazırladılar, İsa ilə birlikdə qayığa minib, yola düşdülər.

Uzun bir gün olmuşdu, İsa çox yorulmuşdu, dincəlmək üçün yuxuya getdi. Birdən şiddətli bir tufan qopdu. Bu, Qalileya gölündə çox adi bir şey idi. Dalğalar qayığı elə döyürdü ki, az qala batacaqdılar. Onlar böyük təhlükə altında idilər. Şagirdlər qorxdular və İsanı oyandırdılar. “Ya Rəbb, biz həlak oluruq!” deyə bağırdılar.

İsa qalxdı. Qalxan dalğaları gördü, küləyin uğultusunu eşitdi. Dalğaların qüvvəti ilə qayığın yelləndiyini hiss etdi. O, tufana: “Sakit ol! Dayan!” deyə əmr etdi.

Tufan bir anda dayandı və sükut çökdü.

Bu bir möcüzə idi! Şagirdlər fırtınaların heç vaxt bir anda dayanmadığını, dalğaların tədricən sakitləşdiyini bilirdilər. Amma bu dəfə göl qəfil durulmuşdu! Şagirdlər belə bir şeyi daha əvvəl heç görməmişdilər. Rəbb dedi: “Niyə belə qorxdunuz? Sizin imanınız harda?”.

Şagirdlər qorxu və heyrət içində bir-birlərinə dedilər: “Bu Adam kimdir ki, həm küləklərə, həm də suya əmr verir, onlar da itaət edirlər!”.

İmanla qəbul edilməli lazım olan bir şeyi başa düşmürdülər. Başa düşdükləri şey, müəllimlərinin eyni zamanda Allahın qüdrətli Oğlu olduğu həqiqəti idi.

SUALLAR

1) Rəbb İsa tufan zamanı nə üçün yatırdı?

2) Şagirdlər niyə çox qorxdular? Nəyi unutdular?

3) Rəbb tufanı dayandıranda şagirdlər nə hiss etdilər?

68. Göldəki Tufan00:00 / 01:41