İsa Cüzamlı Adama Şəfa Verir

İsa Cüzamlı Adama Şəfa Verir

Müqəddəs Kitab, Luka, 5-ci fəsil, 12-14-cü ayələr

Bir gün İsa şəhərlərin birində olarkən bütün bədəni cüzama tutulmuş bir kişi ilə rastlaşdı. Bu adam İsanı görüb üzüstə yerə qapanaraq yalvardı: “Ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən”. İsa əlini uzadıb ona toxundu və dedi: “İstəyirəm, pak ol!” Dərhal bu adam cüzamdan sağaldı.

İsa insanlara xidmət edərkən çox səyahət edirdi. Müxtəlif kənd və şəhərləri ziyarət edərkən, bir çox xəstəylə qarşılaşdı, onlara şəfa verdi. O zamanlar qədim Fələstində cüzam adlanan çox pis, sağalmaz bir xəstəlik çox yayılmışdı. Bu, yoluxucu bir dəri xəstəliyi idi.

Bir gün İsa, şagirdləri ilə birlikdə Qalileyanın bir şəhərinə gəldi və orada bir cüzamlı ilə qarşılaşdı. Zavallı adam Ona tərəf qaçdı, üzü üstə yerə yıxıldı və yalvardı: “Ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən!”

O, İsaya tam etibar edirdi!

Rəbb xəstəyə toxundu və dedi: “İstəyirəm, pak ol!”

Bu, təkcə İsanın istəyi deyildi, Allahın əmri idi. Allahdan başqa heç kim belə bir söz deməyə cəsarət edə bilməzdi!

Və möcüzə baş verdi, cüzam yox oldu. Adam çox sevindi, çünki dərisi təmiz idi. Tam sağalan adam, İsanın qarşısında dayandı.

Rəbb ona tapşırdı ki, heç kəsə bir söz söyləməsin. Gedib özünü kahinə göstərməsini və cüzamdan paklandığını hamıya sübut etmək üçün Qanunda yazılmış təqdimləri aparmasını söylədi.

Amma adam baş verənləri özündə saxlaya bilmədi. Böyük izdiham İsaya qulaq asmağa və xəstəliklərindən şəfa tapmağa gəldi.

Müzakirə üçün suallar

3 sual
  1. Cüzamlı nəyə görə başqaları üçün təhlükəli idi?

  2. Nəyə görə cüzamlı İsanı görəndə sevindi?

  3. Nəyə görə İsa cüzamlının şəfasını başqaları ilə bölüşməsini istəmədi?

63. İsa Cüzamlı Adama Şəfa Verir00:00 / 01:31