
Möcüzəvi Balıq Ovu
Müqəddəs Kitab, Luka, 5-ci fəsil, 1-11-ci ayələr
Bir gün İsa Ginesar gölünün sahilində dayanmışdı. İzdiham ona qulaq asmaq istəyirdi. Buna görə də qayığa minib sahildən bir az aralandı. Beləliklə, o, qayığın içindən xalqa öyrədəcək və hamı onu görə biləcək, nə haqqında danışdığını başa düşə biləcəkdi. Vəzini bitirdikdən sonra İsa Peterə belə dedi:
“Qayığı gölün ortasına, dərin sulara aparın, balıq tutmaq üçün torlarınızı suya atın.”
Peter: “İndi? Gölün ortasınamı?” deyə soruşdu.
Peter və İsanın yanında duran bir neçə balıqçı Ona şübhə ilə baxdılar. İsa müdrik biri idi, amma balıqçı deyildi. Əvvəla, heç kim gündüz vaxtı balıq tutmağa çıxmaz, çünki balıqlar suyun səthində qayığın kölgəsini görüb qaça bilər. İkincisi, heç kim suyun dərin olduğu gölün ortasında balıq tutmaz, tor gölün yatağına çata bilməz. Sahilə yaxın dayaz yerlər balıq ovu üçün daha əlverişlidir.
Peter nəhayət belə dedi: “Ustad, biz bütün gecə çalışqdıq, lakin heç nə tuta bilmədik. Düzünü desəm, gölün ortasında bir şey tuta biləcəyimizi düşünmürəm. Yenə də sənin sözünlə torları atacağam”.
Yəhya və Yaqub başqa bir qayığa mindilər və onların ardınca getdilər. Onlar da “görəsən nə olacaq?” deyə maraqlandılar. Gölün ortasına sürdükdən sonra, Peter və Andrey heyrətlə dərin suyun içinə diqqətlə baxırdılar.
Birdən gümüş balıq üzgəcləri suyu basdı. Balıqçılar torları suya atıb, torların kənarlarından tutub çəkməyə başladılar. Tutduqları balıqların sayı çox idi, çünki torlar ağırlaşmışdı. İki nəfər torları yuxarı çəkə bilmədi. Onlar Yaqub və Yəhyanı köməyə çağırdılar.
Dörd nəfər çətinliklə torları sudan çıxartdı və qayığa boşaltı. O qədər çox balıq var idi ki, torları cırılmağa başladı.
Bu inanılmaz bir şey idi! Daha əvvəl heç vaxt bu qədər balıq tutmamışdılar! Tutulan balıqların çoxluğuna hamı heyrətə gəldi. Şimon Peter, İsanın qarşısında diz çökdü və qorxu içində dedi: “Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam. Mən sənin yanında durmağa layiq deyiləm!”
Amma İsa əlini Peterin çiyninə qoyub dedi:
“Qorxma, Peter. Bundan belə balıq əvəzinə adam tutacaqsan!”
Şagirdlər qayıqları sahilə çıxartdı. Balıq tutmağı başqalarının öhdəsinə buraxıb, İsanın ardınca getdilər.
SUALLAR
1) Ginesar gölündə hansı möcüzə baş verdi?
2) Peter İsadan nə üçün özündən uzaqlaşmasını istədi?
3) İsa, Peterə nə vəd etdi?