Vəd Edilmiş Torpaqlar

Vəd Edilmiş Torpaqlar

Müqəddəs Kitab, Yaradılış, 12-ci fəsil, 1-9-cu ayələr

"Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get»."

Nuhun oğullarının çoxlu uşaqları oldu. Onların nəvələri də yer üzünə səpələnmişdi. Bu insanlar ədalətli idi, yoxsa lənətli idi? Bir çoxları həqiqi Allahı unutmuşdu, çünki Onu dərk edə bilməmişdilər. Onlar özlərinə irili-xırdalı heykəllər şəklində bütlər düzəldirdilər. Bütlər ağacdan və ya daşdan oyulmuşdu. İnsanlar hər yerdə bütlər ucaldırdılar; onların qarşısında diz çöküb dua etdilər. Onlar deyirdilər: “Bunlar bizim tanrılarımızdır, bizi onlar yaratdı; bizi yeməklə təmin edirlər”.

Bir çox insanlar illərlə bütlərə əsir oldu. Onlar Allaha yox, bütlərə sitayiş etdilər. Bütlərinin rəğbətini qazanmaq üçün, onların heykəllərini gümüşdən və ya qızıldan düzəldirdilər.

Allah insanların bütlərə sitayiş etdiyini və Ondan üz döndərdiklərini gördü və onlara çox qəzəbləndi. Lakin onları məhv etmədi, çünki bir gün dünyaya Xilaskar gələcək və insanların günahları üçün öləcəkdi. Sonra Allah belə dedi: “Mən Özüm üçün birini seçəcəyəm və ona, Məni sevməyi və Mənə xidmət etməyi öyrədəcəyəm. Böyük bir xalqın atası, hamının Xilaskarı olacaq adam, bu xalqdan çıxacaq”.

Rəbb İbrama dedi: «Ölkəni, qohumlarını, ata evini tərk et və sənə göstərəcəyim torpağa get. Mən sənə xeyir-dua verəcəyəm və səni ucaldacağam”.

İbram və arvadı Sara uzun və çətin bir yola çıxdılar. İbramın qardaşı oğlu Lut da onlarla birlikdə gəldi. Allah İbrama Kənan torpağına getməsi üçün yol göstərdi. Orada İbram yenə Allahın səsini eşitdi və aydın şəkildə belə deyirdi: “Bu, sənin nəslinə verəcəyim torpaqlardır”.

İbram bundan məmnun oldu, nəhayət ki, istədiyi yerə çatdığını düşündü. “Kənan, tam mənim getmək istədiyim yerdir!” dedi. Sonra İbram qurbangah qurub Allaha qurban gətirdi.

Lakin, Allahın nəsil haqqında sözləri İbram üçün heç bir əhəmiyyət kəsb etmirdi, çünki İbram və Saranın övladları yox idi. Lakin İbram həyatını Allaha etibar etdi.

Allah dəfələrlə İbrama müraciət etdi: “Sənə xeyir-dua verib qoruyacağam. Heç kim sənə zərər verməyəcək”. Allah, İbramdan razı qaldı və onu dost olaraq gördü.

SUALLAR

1) İnsanların əksəriyyəti nəyə sitayiş edir və nəyə qulluq edirdi?

2) Allahın dost saydığı adamın adı nə idi?

3) Allah İbrama nə vəd etdi?

6. Vəd Edilmiş Torpaqlar00:00 / 02:31