Babil Qülləsi

Babil Qülləsi

Müqəddə Kitab, Yaradılış, 11-ci fəsil

"Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq."

Daşqından sonra Nuhun oğulları Sam, Ham və Yafəsin çoxlu uşaqları və nəvələri oldu. O dövrdə insanlar daşqından əvvəki kimi ata-babaları qədər çox yaşamırdılar. Nuh 950 il yaşamışdı, oğlu Sam isə 600 il, Samın oğlu isə cəmi 430 il yaşadı.

Lakin, Nuhun nəvələri bütün yer üzündə məskunlaşmazdan əvvəl bir şey baş verdi. İnsanlar şərqdən Şinar torpaqlarına gəldilər. Hamısı eyni dildə danışırdılar. Günlərin bir günü bir şeyə qərar verib, bir-birlərinə belə dedilər: “Gəlin kərpic düzəldək, yaxşı bişirək, onunla şəhər salaq, bu şəhərin göyə çatan bir qülləsi olsun. Bununla da hər yerdə qüdrətimizi göstərib, məşhurlaşarıq”.

Allah onların necə təkəbbürlü bir qəlbə malik olduğunu gördü. “Gəlin aşağı enib orada onların dilini qarışdıraq ki, bir-birlərinin dilini başa düşməsinlər, mənasız və cəsarətli istəklərini yerinə yetirə bilməsinlər” dedi.

Birdən insanlar bir-birini başa düşmədilər, çünki indi fərqli dillərdə danışırdılar. Çaşqınlıq içində qüllənin tikintisini dayandırmalı oldular. Allah onları bütün yer üzünə yaydı.

Şəhərin adı Babil oldu. Şəhərin adı “Qarışıqlıq” mənasını verirdi. Beləliklə, Babil Qülləsinin hekayəsi bizə Daşqından sonra müxtəlif dillərin necə meydana gəldiyini izah edir.

SUALLAR

1) Bütün yer üzünə məskunlaşmazdan əvvəl insanlar nə edəcəkdi?

2) Niyə uğursuz oldular?

3) Babil şəhərinin mənası nədir?

5. Babil Qülləsi00:00 / 01:31