Məbədin Təmizlənməsi

Məbədin Təmizlənməsi

Müqəddəs Kitab, Yəhya, 2-ci fəsil, 13-17-ci ayələr

İsa, şagirdləri, qardaşları və Məryəmlə birgə Kefernahuma gedib orada qaldı. Kefernahum, Qalileya gölünün sahilindəki kiçik limanlardan biri idi. Kefernahumda bir neçə gün qaldıqdan sonra, İsa Yerusəlimə gəldi; çünki Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı.

İnsanlar məbədin həyətini doldurmuşdu. Məbəddə sadəcə dua etməyə və qurban gətirməyə gələnlər yox idi. Ticarət üçün gələnlər də var idi.

Rəbb İsa bütün satıcılara və sərraflara çox qəzəbləndi, çünki bayram üçün gələn insanlardan istifadə edirdilər. Məbəd ərazisi bazar yerinə çevrilmişdi. İnsanların Allahın evinə hörməti yox idi.

Rəbb yerdən bir neçə ip götürdü və onlardan qamçı düzəltdi. Qamçını fırladaraq satıcıları qoyunlar və öküzlərlə birgə məbəddən qovdu. Göyərçin satanlara, “Atamın evini bazara döndərməyin!” dedi.

Satıcılar qeyd-şərtsiz məbəddən uzaqlaşdırıldılar. Sərraflar, Rəbbin səlahiyyətini qəbul etdilər. İsa, pul dəyişdirənlərin pullarını töküb, masalarını aşırdı və onların hamısı məbədin həyətinə səpələndi. İnsanlar İsanın etdiklərini görüb təəccübləndilər, lakin onun qarşısını almağa cəsarət etmədilər.

SUALLAR

1) İsa məbədin həyətində nə gördü?

2) İsa nə etdi? Satıcılara nə dedi?

59. Məbədin Təmizlənməsi00:00 / 01:25