
Qanadakı Möcüzə
Müqəddəs Kitab, Yəhya, 2-ci fəsil, 1-11-ci ayələr
Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. İsa ilə şagirdləri də toya çağırılmışdı... İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi.
Üçüncü gün İsa şagirdləri ilə Qalileyaya gəldi. Kiçik Qana kəndində toy oldu. İsanın anası Məryəm də orada idi.
Gözəl bir yığıncaq idi. Qonaqlar yedilər, içdilər, gülüb, əylənib hekayələr danışdılar. İsa və dostları da orada idilər. Ancaq birdən, əyləncənin ortasında Məryəm İsaya tərəf gəldi və təlaşla pıçıldadı: “Şərab qalmadı”.
Necə də utanılacaq vəziyyət idi! İnsanlar bəyin xəsis olduğunu düşünəcəklər! Məryəm, İsanın bu vəziyyətə çarə tapacağına ümid edirdi. İsa anasının ondan nə istəyəcəyini başa düşdü. “Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb” dedi.
Məryəm Rəbbin nə dediyini başa düşdü. Onun edə bilməyəcəyi bir şey olmadığına inanırdı. Buna görə də xidmətçilərə yaxınlaşıb yavaşca belə dedi: “Sizə nə desə, onu edin”.
Bir müddət sonra İsa, xidmətçilərin yanına getdi. Arxasına dönəndə, altı ədəd boş daş küp olduğunu gördü.
Xidmət edənlərə, “Küpləri su ilə doldurun!” dedi.
Altı küpü ağzına qədər doldurmaq xeyləm yorucu bir iş idi.
İsa dedi: “İndi dadmaq üçün toyağasının yanına apar”.
Xidmətçilər Ona baxdılar. O nə demək istəyirdi? Biraz əvvəl quyudan çəkdikləri suyu toyağasına daddırmaq istəyirdi? Bu Nazaretli gənc, toyağası ilə zarafat edəcəkdi? Lakin sonra Məryəmin onlara dediklərini xatırladılar və onlara deyilən kimi etmək qərarına gəldilər.
Toyağası gəldi, küpün içindəkindən bir az çıxarıb bir qurtum içdi. O, məmnunluqla mızıldanaraq dərhal bəyin yanına getdi.
Ona belə dedi: “Gözəl bir ziyafət hazırladın, amma yenə də səhv etmisiniz.”
Bəy başını çəkinərək önə əyib :”Kifayət qədər şərab təmin etmədiyim üçün məni danlayacaq” deyə fikirləşdi.
Amma toyağası tamamilə başqa şey dedi. Belə dedi:
“Əvvəlcə əla şərabı təqdim etmək adətdir. Qonaqlar çox içdikdən sonra adi şərab verilir. Sən tam tərsini etmisən. Hal-hazırda xidmətçilərinin təqdim etdiyi, ən əla şərabdır!”
Bəy bütün bunların nə demək olduğunu bilmirdi. Məryəm, İsaya gülümsəyərək baxdı, şagirdləri də, “Allah İsanı insanlara kömək etmək üçün göndərdi” deyə düşündülər.
SUALLAR
1) İsa və şagirdləri hansı kəndə gəldilər?
2) Orada nə baş verirdi? İsanın qohumları kimlər idi?
3) Toyda nə oldu? İsa nə etdi? Şagirdlər bunu necə qəbul etdilər?
Müzakirə üçün suallar
3 sualİsa və şagirdləri hansı kəndə gəldilər?
Orada nə baş verirdi? İsanın qohumları kimlər idi?
Toyda nə oldu? İsa nə etdi? Şagirdlər bunu necə qəbul etdilər?