
İsanın İlk Şagirdləri
Müqəddəs Kitab, Yəhya, 1-ci fəsil, 35-51-ci ayələr
Bir gün, Vəftizçi Yəhya xalqa Rəbb haqqında vəz etdikdən sonra, İsa İordan çayına yenidən qayıtdı. Vəftizçi Yəhya iki şagirdi ilə danışırdı, şagirdlərinin adı Yəhya və Andrey idi. İsanın oradan keçdiyini görən Vəftizçi Yəhya, Ona baxıb, “Allahın Quzusu budur!” dedi.
Bunu deməklə Vəftizçi Yəhya, Andrey və Yəhyanın əslində İsanın ardıcılı olmalarının lazım olduğunu bildirdi. İsa onlar üçün daha yaxşı müəllim olacaqdı. Yəhya və Andrey Rəbbin ardınca getməyə başladılar. İsa dönüb onların Onun ardınca getdiyini gördükdə onlara Soruşdu: “Sizə nə lazımdır?”
Onlar dedilər: “Rabbi (müəllim), Sən harada qalırsan?”
İsa dedi: “Mənimlə gəlin, görərsiniz!”
Yəhya və Andrey, İsanın ardınca getdilər, onun yaşadığı evə girdilər və həmin gün Onunla qaldılar. İsa ilə danışmaq necə də ruhlandırıcı idi! Heç kim onlara Rəbb İsa kimi dərindən və səmimiyyətlə danışmamışdı.
Andreyin Şimon adlı bir qardaşı var idi. Onlar ataları ilə Qalileya gölünün sahilindəki kiçik Bet- Sayda şəhərində yaşayırdılar. Onların hamısı balıqçı idi. Andrey qardaşını tapmağa getdi. Ona da İsa haqqında danışacaqdı.
Şimonu görüb sevinclə dedi: “Biz Məsihi tapdıq”. Məsih məsh edilmiş deməkdir.
Andrey qardaşının da İsa ilə görüşməsini təklif etdi. Şimon məmnuniyyətlə razılaşdı. Şimonla görüşən İsa belə dedi:
“Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan” Kefa, daş (Peter) deməkdir”.
Şimonu ən çox təəccübləndirən şey bu idi: Rəbb onu əvvəllər görməmişdi, amma adını bilmişdi. İsa, Şimona yeni bir ad verəndə, bu sadə balıqçının daş kimi, qaya kimi güclü və sağlam bir kilsə rəhbəri olacağını bilirdi.
Müzakirə üçün suallar
2 sualMəsihin ilk şagirdləri kimlər idi?
İsa, Şimona hansı adı verdi? Bu adın mənası nədir?