
Axurdakı Körpə
Müqəddəs Kitab, Luka, 2-ci fəsil, 1-7-ci ayələr
Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı.
Qeysər Avqust Roma İmperiyasının ilk imperatoru idi. Allah ona bütün Roma dünyasında siyahıyaalma keçirməsini əmr etdi. Beləliklə, imperator bir əmr verdi. Fələstində hər kəs qeydiyyatdan keçmək üçün öz şəhərinə getməli idi.
O vaxt Yusif və Məryəm Nazaretdə yaşayırdılar.
Yusif Məryəmə dedi: “Mənim ailəm Bet-Lexemdəndir. Əsrlər əvvəl ölkəni idarə edən padşah Davud mənim ulu babamdır, ona görə də mən Bet-Lexemə getməliyəm”.
Məryəm ah çəkərək cavab verdi: “Hamilə olmasaydım, belə bir səyahət problem olmazdı. Amma bilirsən, mən tezliklə doğacağam. Səyahət çətin ola bilər. Körpə yad yerdə doğulsa, yaxşı olmaz...”
Yusif ona təsəlli vermək üçün belə dedi: “Məryəm, mən həmişə sənin yanında olacağam. Cəbrayıl mələk də, doğacağın körpənin Allahın Oğlu olacacağını dedi. Allah bizim qayğımıza qalacaq”.
Beləliklə, Yusif və Məryəm yola düşdülər. Eşşəkləri olsa da, yavaş-yavaş hərəkət edirdilər. Buna görə də, səyahət günlər çəkdi. Nəhayət, çox yorğun halda Bet-Lexemə çatdılar və yatmaq üçün yer tapmalı idilər.
Yusif bir adam gördü, yəqin ki, qonaq evinin sahibi idi: “Bağışlayın, qonaq evinizdə qalmağa yer varmı?” deyə səsləndi.
"Bağışlayın, yerimiz yoxdur” deyə qonaq evi sahibi cavab verdi.
Yusif dedi: “Ancaq qalmaq üçün bir yerə ehtiyacımız var. Bizim üçün balaca bir otağınız da yoxdur? Arvadımın doğuşuna az qalıb. Bu gecə istənilən vaxt doğuş edə bilər!”
Qonaq evi sahibi dedi: “Bağışlayın. Sizə və arvadınıza kömək etmək istərdim, amma təəssüf ki, qalmağa heç boş otaq yoxdur”.
Məryəm qorxuyla belə qışqırdı:
“Biz çöldə qala bilmərik! Çox soyuqdu. Mənim tək qayğım Körpədir!”
Adam onlara yaxınlaşıb dedi: “Gecə çöldə qalmağınıza ehtiyac yoxdur. Arxa həyətdə tövlə var. Orada istirahət edə bilərsiniz, samanı çarpayı kimi istifadə edə bilərsiniz. İçəridə heyvanlar olduğu üçün tövlə istidir”.
Yusif və Məryəm dedilər: “Xeyirxahlığınıza görə təşəkkür edirik, çox sağ olun!”.
Həmin gecə gözəl bir şey oldu. Dünyanı yaradan və bütün məxluqara hakim olan Allahın Oğlu körpə olaraq samanlıqda yatırdı. Körpənin görünüşünə baxan heç kim ona Allahın Oğlu deyə bilməzdi. Məryəm Onu axura, inək və eşşək axuruna qoydu. Körpə axurda yatarkən hər yeni doğulmuş körpə kimi səslər çıxarırdı.
Yusif Məryəmə baxdı və belə dedi: “Mələyin bu Körpə haqqında dediklərini xatırlayırsanmı? O qədər kiçikdir ki, inanmaq çətindir.”
Sonra Yusif ətrafa baxdı və gileyləndi: “Bura da çox tör-töküntülü yerdir!”
Məryəm astadan belə dedi: “Amma Yusif, bu bir həqiqətdir. Allahın vədləri Onun
müqəddəs sözünə görə yerinə yetəcək”.
Müzakirə üçün suallar
3 sualO dövrdə Roma İmperiyasının hökmdarı kim idi?
Yəhudilər hara getməli idilər?
İsa harada doğuldu? Nece bir yer idi?