Daniel və Dostları

Daniel və Dostları

Müqəddəs Kitab, Daniel, 1-ci fəsil

Daniel qərara aldı ki, padşahın yediyi yeməklərlə və içdiyi şərabla özünü murdar etməsin. Buna görə də özünü murdar etməmək üçün hərəmağalar rəisinə müraciət etdi. Allah hərəmağalar rəisinin gözündə Danielə lütf və rəğbət qazandırdı.

Navuxodonosorun sarayında bir neçə yəhudi gənc var idi. Onlar zadəgan ailələrdən gəlmişdilər. Padşahın onlar üçün xüsusi planı var idi. O, gənclərə üç il Xaldey dilini və elmlərini öyrətməyə qərar verdi. Beləliklə, onlar gələcəkdə onun məsləhətçisi olacaqdılar. Bu gənclərin adları Daniel, Xananya, Mişael və Azarya idi. Ancaq Yəhudi köklərini silmək üçün onlara yeni adlar verildi: Belteşassar, Şadrak, Meşak və Aved-Neqo.

Dörd dost əsir olarkən belə, Rəbbə inanıb dua edirdilər. Ən başdan bəri, ölümcül təhlükəyə baxmayaraq, özlərini padşah yeməyi və şərabıyla dini cəhətdən murdarlamamağa qərarlı idilər.

Allah gənclərə cəsarət və sədaqətlərinə görə xeyir-dua verdi. Onlara hikmət, elm, araşdırmaçı zehni və yaraşıqlı görünüş verdi. Daniel, Allahın Ruhu ilə hər cür görüntü və yuxuları şərh edə bilirdi. Bir gün o, Navuxodonosorun əvvəllər heç kimin yoza bilmədiyi yuxusunu yozdu. Padşah bundan çox təsirləndi. Daniel bunu öz adına yazmaq istəmədiyini söylədi. Bunun Rəbbdən olduğunu dedi. Beləliklə, Navuxodonosor həqiqi Allahı, Danielin Allahını izzətləndirdi.

SUALLAR

1) Navuxodonosor öz sarayına kimi gətirdi? Adları nə idi?

2) Gənc oğlanlar üçün hansı planı var idi?

3) Gənc oğlanlar nəyə qərar verdilər?

44. Daniel və Dostları00:00 / 01:15