Babil Sürgünü

Babil Sürgünü

Müqəddəs Kitab, İkinci Padşahlar, 24-cü fəsil

O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı... Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı... ölkənin adlı-sanlı adamlarını Yerusəlimdən sürgün edib Babilə apardı.

Padşah Süleymanın böyük və rifah içində ölkəni idarə etməsindən üç yüz il keçmişdi. Onun ölümündən sonra padşahlıq iki yerə bölündü. Yerusəlim ən mühüm şəhər olaraq qaldı. Bura padşahın sarayı var idi, daha önəmlisi Süleymanın tikdirdiyi məbəd də orada idi. O dövrdə ölkə Yəhuda kimi tanınırdı.

Təəssüf ki, nə padşah, nə də xalq Allahın əmrlərinə itaət etmədi. Onlar Allahdan imtina etdilər. Onlar yalançı allahlara və bütlərə sitayiş etdilər. Allah ora peyğəmbərlər göndərdi. Peyğəmbərlər xalqı məzəmmət edib tövbə etmələrini istəyirdilər, lakin xalq onlara qulaq asmadı.

Nəhayət, Allah İsraillə bağlı hökmünü verdi, mühakimə etdi və Babillilər ölkəni ələ keçirdilər.

Babil padşahı Navuxodonosor Yəhudilərin ən böyük düşməni idi. O, ordusu ilə Yerusəlimə gəldi. Padşahı əsir tutdu. O, məbəddən bütün qızıl və gümüş qabları çıxardı, onları Babildəki məbədinə apardı. Babillilər bundan əlavə, məbəddən və Süleymanın sarayından bütün xəzinələri də götürdülər. Padşahın sarayını, məbədi və şəhərin ən hörmətli Yəhudilərinin evlərini qarət etdikdən sonra hamısını yandırdılar.

Cavan oğlanlar, padşahın oğulları və Yəhudi mirzələri, yeddi min ən yaxşı yəhudi əsgəri, bütün dülgərlər və dəmirçilər Navuxodonosor tərəfindən əsir götürülərək Babilə sürgün edildi.

Beləliklə, Yerusəlim və Yəhuda Navuxodonosorun hakimiyyəti altına keçdi.

Rəbb üsyankar və günahkar xalqla bağlı hökm vermişdi. Əsir tutularkən, İsrail xalqının öyrənmələri gözlənilən şey bu idi: Rəbb tək həqiqi Allah, bütlər isə yalançı allahlar idi.

SUALLAR

1) İsraillilər Allaha sadiq idilərmi?

2) Yəhudilərin ən pis düşməni kim oldu?

3) Babillilər Yerusəlimə nə etdilər?

43. Babil Sürgünü00:00 / 01:45