Səba Mələkəsi

Səba Mələkəsi

Müqəddəs Kitab, Birinci Padşahlar, 10-cu fəsil

Səba mələkəsi Rəbbin adından ötrü Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi.

Süleymanın şöhrəti və möhtəşəm memarlığı haqqında sözlər bütün dünyaya yayılmışdı. İnsanlar əzəmətli məbədi görmək və Süleymanın hikmətini eşitmək üçün Yerusəlimə toplaşırdılar. Onların arasında Səba mələkəsi də var idi.

Səba mələkəsi çox zəngin idi. Bunu padşah Süleymana təqdim etdiyi hədiyyələrdən anlamaq olar. Onların dəvələri qızıl, ətirli buxur və qiymətli daşlar daşıyır və çox sayda qulluqçular karvanı müşayiət edirdi. Süleyman bu nəcib xanımı əzəmətlə qarşıladı.

Səba mələkəsi ona hər cür sual verir və ağlında olan hər şeyi onunla danışırdı. Süleyman onun hər sualına cavab verdi. Hər şeyi bilirdi. Mələkə ondan nə soruşdusa, o cavab verdi. Beləliklə, Səba mələkəsi Süleymanın hikmətinə özü də şahid oldu. O, tikdirdiyi sarayı, yeməyini, qullarının evlərini və paltarlarını, Rəbbin məbədində gətirdiyi yandırma qurbanlarını gördü. Gördüklərinə heyranlığını gizlədə bilmədi.

Həyəcanla belə dedi: “Sənin hikmətin və var-dövlətin haqqında eşitdiklərim doğruymuş. Amma bunların heç yarısı belə mənə danışılmadı! Hikmətin də, sərvətin də eşitdiklərimdən qat-qat artıqdır. Səndən razı qalan, səni padşah edən Rəbbə həmd olsun! O, bunu İsrailə olan əbədi sevgisinə görə etdi!”

Müzakirə üçün suallar

3 sual
  1. Səba mələkəsi niyə uzaq səfərə getdi?

  2. İsraildə onu təəccübləndirən nə gördü?

  3. Səba mələkəsi Süleymana nə dedi?

40. Səba Mələkəsi00:00 / 01:24