Məbədin Tikintisi

Məbədin Tikintisi

Müqəddəs Kitab, Birinci Padşahlar, 5-8-ci fəsillər

Mən Allahım Rəbbin adına bir məbəd tikmək niyyətindəyəm; necə ki Rəbb atam Davuda demişdi: “Sənin yerinə taxtında oturdacağım oğlun Mənim adıma məbəd tikəcək”.

Rəbb, Süleymanın padşahlığına xeyir-dua verdi. Ölkə rifah içindəydi. Qonşu ölkələrlə sülh hökm sürürdü. Süleymanın ciddi vəzifəsi var idi. Bu vəzifə, Rəbb üçün məbəd tikmək idi.

İsraillilər, Misiri tərk etdikdən 480 il sonra məbədi tikməyə başladılar. Süleyman, atası Davudun dostu Sur və Sidon padşahı Xiramla yaxşı münasibətdə idi. Onlar razılaşdılar: Xiram onu ​​tikmək üçün qiymətli tikinti ağacı və daşla təmin edəcəkdi. Süleyman da əvəzində onu qidayla təmin edəcəkdi. Məbədin tikintisi yeddi il sürdü. Davudun Süleymana ölməzdən əvvəl verdiyi sxemə görə hazırlanmışdır. Bundan əlavə, Davud tikinti yerini də təyin etdi. Bu, Moriya dağı idi. Uzun müddət əvvəl İbrahim burada Allaha sədaqətini sübut etmiş və Rəbb İshaqın canına qıymamışdı.

Məbəd iki əsas hissəyə bölünürdü: “Müqəddəs Yer” və “Ən Müqəddəs Yer”. Ən Müqəddəs Yerdə Əhd sandığı var idi. Ən Müqəddəs Yer, Müqəddəs Yerdən qalın kətandan hazırlanmış bir örtüklə ayrılırdı. Həm də, məbəddəki hər şeydən daha yüksəkdə idi.

Ən Müqəddəs Yerdə pəncərə yox idi. Həmişə qaranlıq qalmalı idi. Müqəddəs Kitab buranı “Allahın Adının yaşadığı yer” adlandırır, çünki Allahın hüzuru görünməz olaraq orada qalırdı.

Bütün tikinti işləri başa çatdıqdan sonra, məbəd təqdis olundu. Süleyman bütün ağsaqqalları, İsrail qəbilələrinin başçılarını yanına çağırdı. Məbədə Əhd Sandığını çıxaracaqdılar. Kahinlər sandığı Ən Müqəddəs Yerə gətirəndə, məbədin üzərinə bir bulud endi və məbədi doldurdu. Bu yolla Rəbb Öz varlığını İsrail xalqına göstərdi. Bu, görülən işlərə razı olduğunu göstərmək üçün gözlə görünən bir işarə idi!

Artıq Süleyman Rəbbin həyata keçirilən inşaatdan məmnun olduğuna əmin idi.

Müzakirə üçün suallar

4 sual
  1. Padşah Xiram nə üçün Süleymana kömək etdi?

  2. Məbədin tikintisi nə qədər vaxt apardı?

  3. Ən Müqəddəs Yer nə demək idi?

  4. Əhd Sandığını məbədə gətiriləndə nə baş verdi?

39. Məbədin Tikintisi00:00 / 01:55