
Sina Dağındakı Əhd Sandığı
Müqəddəs Kitab, İkinci Şamuel, 5:7-11-ci fəsillər; Birinci Salnamələr, 13; 15; 16-cı fəsillər
O bütün İsrail camaatına dedi: «Əgər bu iş sizə xoş gəlsə və Allahımız Rəbbin iradəsi ilə olsa,... Allahımızın sandığını yanımıza qaytaraq”.
Allahın vəd etdiyi kimi Davud nəhayət padşah oldu. O, Bet-Lexemdə doğuldu. Orada qoyun otardı. Lakin padşah olduqdan sonra Yerusəlimə köçdü.
Yerusəlim çox gözəl şəhər idi. Bir neçə təpənin üstündə yerləşirdi. Onlardan birinin adı Sion dağı idi. Davud, öz padşah sarayını bu dağın üzərində tikdirdi. O, Allahı dərindən sevirdi. Buna görə də o, Əhd sandığının yanında olmaq istəyirdi. İndi sandığı Sion dağına aparmaq vaxtı gəlmişdi.
Bir çox kahin Davuda müşayiət etdi. Xalq da padşahın arxasınca getdi. Onlar lira, arfa, qaval, sinc və şeypurun müşayiəti ilə Allahı izzətləndirən nəğmələr oxuyaraq, bu hadisəni bütün gücləri ilə qeyd edirdilər. Davud da onlarla birlikdə gedir, lirasını çalırdı. Levililər Əhd sandığını arxada daşıyırdılar.
Nə qədər gözəldi! Xalqın, Rəbbi izzətləndirməsi necə də xoş idi! Bir çox insan karvanı qarşılamağa çıxdı. Onlar, Davudun Allaha ibadət etdiyini və lira çaldığını eşidirdilər. O gün Davud necə də xoşbəxt idi!
Sandıq Sion dağına aparıldı. Dağın təpəsi divarlarla bağlanmışdı, divarların çoxlu qapıları var idi. Karvan yaxınlaşdıqca əsas qapı geniş açıldı. Beləliklə, padşah və Əhd Sandıq qapıdan içəri girdi. Davud daha əvvəl pərdələrlə örtülmüş xüsusi yerin hazırlanması üçün göstəriş vermişdi.Bura sandıq qoyulmalı idi. Davudun bəstələdiyi “Rəbbi Ucaldın!” ilahisi oxundu. O gün padşah, Sion dağında Allaha qurbanlar gətirdi və İsrail xalqını təqdis etdi.
Davud çox sevincli idi, çünki artıq Rəbbin Sandığı onun sarayına yaxın idi. Hər gün musiqiçilər sandığın önündə mədh ilahiləri çalıb oxudular.
Padşah Davud həmişə sarayında deyildi. Çünki o, Filiştlilərlə və İsrailin digər düşmənləriylə döyüşməli idi. Amma Allah hər səfərində düşmənləri üzərində xalqına və ona qələbə verirdi. O, Sion Dağına qayıdanda, qələbəyə görə Rəbbə şükür etdi.
SUALLAR
1) Davudun şah sarayı hansı şəhərdə tikilmişdir?
2) Davud, Əhd Sandığının geri gətirilməsinə görə sevincini necə ifadə etdi?