Qayadan Çıxan Su

Qayadan Çıxan Su

Müqəddəs Kitab, Saylar, 20:1-13, 22-29-cu fəsillər

Rəbb Musaya dedi: “Əsanı götür, sən və qardaşın Harun icmanı toplayın və onların gözü önündə qayaya su versin deyə söyləyin. Qayadan onlara su çıxart, icmaya və heyvanlarına içirt”.

İsraillilər, bir yerdən başqa yerə gedərək səhrada uzun müddət keçirdilər. Bir gün su olmayan bir yerə gəldilər. Bəs onda nə etdilər? Allaha dua etdilər, yoxsa gileylənməyə başladılar? Təəssüflər olsun ki, həmişə olduğu kimi, Musa və Haruna gileyləndilər. Bu arada Allah onları sınayırdı. Xalq belə deyirdi:

“Niyə daha əvvəl ölmədik ki? Nə üçün bizi bu səhrada ölmək üçün Misirdən çıxardınız? Nə əncir, nə üzüm, nə də başqa meyvələr var. Üstəlik, içməyə su da yoxdur!”

Amma bir şeyi unudurdular. Onların hələ də səhrada olmalarının yeganə səbəbi Allaha inamsızlıqları idi.

Musa və Harun, xalqın deyinməsindən narahat olurdular. Onlar izdihamdan uzaqlaşıb, Hüzur çadırının girişində üzüstə yerə sərilib dua ediblər. Çox keçmədi ki, Allah onlara səsləndi. Musaya belə dedi: “Əsanı götür və xalqı topla. Su çıxması üçün qayaya çıxıb əmr et, su fısqıracaq”.

Amma Musa və Harun xalqa çox qəzəblənmişdilər. Onlar dedilər: “Ey üsyankarlar, bizə qulaq asın. Bu qayadan sizə su çıxaraqmı?” Sonra əlini yuxarı qaldıraraq əsa ilə qayaya iki dəfə vurdu. Qayadan çoxlu su fışqırdı, xalq da, heyvanları da içdi.

Musa və Harun düzgün etdilərmi? Musa bir neçə səhvə yol verdi. O, qayaya vurmamalı idi, sadəcə əmr verməli idi! Bundan əlavə, Musa və Harun qayadan suyun çıxacağına şübhə edirdilər.

Yenə də, Allah xalqa mərhəmətini göstərdi. Lakin Musa və Harunu cəzalandırdı. “Belə etdiyiniz üçün Kənan ölkəsinə getməyəcəksiniz” dedi.

Bu, hər ikisi üçün ağır cəza idi. Musa həmişə Vəd Olunmuş Torpaqları görmək arzusunda idi. O torpaqlarda, İbrahim qurbangah qurub, Allaha ibadət etmişdi. Amma baş verənlərdən sonra onun arzusu həyata keçməyəcəkdi.

Musa çox təvazökar idi, dünyadakı hər kəsdən daha mülayim idi. İsraillilər Musaya həmişə nankorluq edib onu qınayırdılar, lakin o, heç vaxt sərt cavab vermədi. Sadəcə bir dəfə, o vaxtı da özünü saxlaya bilməmişdi.

SUALLAR

1) İsrail xalqı suları qurtaranda nə etdi?

2) Allah, qayadan su çıxartmaq üçün Musaya nə əmr etdi?

3) Musa əvəzində nə etdi?

4) Harun və Musaya hansı cəza verildi?

25. Qayadan Çıxan Su00:00 / 02:09