Raxav və Casuslar

Raxav və Casuslar

Müqəddəs Kitab, Yeşua, 1, 2-ci fəsillər

“Möhkəm və cəsarətli ol, çünki atalarına vermək üçün and içdiyim bu torpağı bu xalqa irs olaraq sən verəcəksən. Qulum Musanın sənə tapşırdığı Qanuna tam və dəqiq əməl etmək üçün cəsarətli və çox möhkəm ol. Ondan nə sağa, nə də sola dön ki, hara getsən, uğur qazanasan”.

Musa öldükdən sonra Yeşua, İsrail xalqını Vəd Olunmuş Torpaqların fəthi üçün hazırlamağa başladı. Allah vəd etdi ki, Yeşua Onun əmrlərinə tabe olarsa, ona kömək edəcək.

O, Yeşuaya belə dedi: “Möhkəm və cəsarətli ol, çünki hara getsən, Mən səninlə olacağam”.

Yeşua xalqa dedi ki, üç günlük azuqə hazırlasınlar, çünki onlar İordan çayını keçəcəklər. Onlar, Allahın onlara verməyi vəd etdiyi Vəd Olunmuş Torpaqlara gedəcəkdilər.

Yeşua çox diqqətli idi. O, ölkəni araşdırmaq üçün öndən iki casus göndərmək qərarına gəldi. Casuslar xüsusi olaraq Yerixo şəhərində axtarış aparacaqdılar. Gənc casuslar şəhərə girdi və gecə Raxav adlı bir qadının evində qaldılar. Qadının evi şəhər divarları arasında idi.

Yerixo padşahı bu səfərdən xəbər tutdu və adamlarına İsrailliləri həbs etməyi əmr etdi. Raxav isə casusları evinin damında gizlətdi və padşahın adamlarına belə dedi: “Bəli, adamlar yanıma gəlmişdi. Amma sonra hara getdiklərini bilmirəm. Qaranlıq düşəndə, ​​o adamlar çıxdılar. Dallarınca qaçsanız, onları tuta biləsiniz”.

Padşahın adamları İsrailliləri təqib etməyə getdilər. Raxav dama qonaqlarının yanına çıxıb belə dedi:

“Allahın bu ölkəni sizə verdiyini bilirəm. Burada yaşayan hər kəs sizdən qorxur. Misirdən çıxdığınız zaman Allahın etdiyi möcüzəni, Qırmızı dənizin sularını qarşınızda necə qurutduğunu eşitdik. Biz dəhşətə düşdük, çünki Allahınız Rəbb həm yuxarıda göyün, həm də aşağıda yerin Allahıdır. Mən sizə xeyirxahlıq etdim. Siz də məni və ailəmi ölümdən xilas edəcəyinizə söz verin. Edəcəyinizə etibarlı zəmanət əlamət göstərin”.

Casuslar, Raxavın və ailəsinin təhlükəsiz olacağına görə söz verdilər. Raxav bir kəndirlə pəncərədən enmələrinə kömək etdi. Adamlar gedərkən Raxava al rəngli bir ipi, onları endirdiyi pəncərədən asmasını dedilər. Bu bir işarə olacaq idi. Bu işarə evdəki hər kəsin sağ qalacağını bildirəcəkdi. Sonra adamlar şəhəri tərk etdilər.

Onlar sağ-salamat Yeşuanın yanına gəlib çatdılar. Ona hər şeyi danışdılar və nəhayət belə dedilər: “Həqiqətən, Rəbb bütün o torpağı bizə təslim etdi. Orada yaşayan hər kəs qarşımızda qorxu içində əsir”

Müzakirə üçün suallar

3 sual
  1. Allah Yeşuaya nə vəd etdi?

  2. Kənan torpağına girməzdən əvvəl Yeşua nə etdi?

  3. Casuslar necə sağ qala bildilər?

27. Raxav və Casuslar00:00 / 02:18