Qızıl Dana

Qızıl Dana

Müqəddəs Kitab, Çıxış, 32, 33-cü fəsillər

Xalq Musanın dağdan enmədiyini, gecikdiyini görəndə Harunun ətrafına toplaşıb ona dedi: “Qalx və bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!”

Musa Sina dağında günlərlə Allahla danışdı. İnsanlar səbirsizliklə onun qayıtmasını gözləyirdilər. İsraillilər Musanı gözlədikcə, onların səbirsizliyi getdikcə artdı. Onlar gözlə görünən allahlar istəyirdilər ki, başqa xalqlar kimi ondan kömək istəyə bilsinlər. Xalq, Harunun ətrafına toplaşaraq ondan özlərinə allah düzəltməsini təkid edirdi. Harun nəhayət təslim oldu.

“Yaxşı! Mən sizin üçün bir allah düzəldəcəm!” dedi.

Harun bilirdi ki, xalqın iradəsinə tabe olarsa, Allahın əmrindən çıxacaq, lakin bu insanlara qarşı durmağa cəsarəti yox idi. Harun, ona gətirilən qızılı götürdü, əritdi və qızıldan bir dana düzəltdi. İnsanın yaratdığı bütü xalqın qarşısına qoydu, hamı coşquyla: “Budur bizim allahımız!” dedi.

Musa dağdan enərkən nəğmə səsi eşitdi. Nə baş verdiyini dərhal anladı.

“Ey günahkarlar, ey imansızlar” deyə qəzəblə qışqırdı. Qəzəb və kədərdən gözləri dolmuşdu. İsrail oğulları əxlaqsızlıq etmiş, yaşayan Allahdan üz çevirmişdilər. İndi də qızıl danaya səcdə edirdilər!

Musa, belə bir dəhşətli günah gördüyü an qəzəbi daha da alovlandı. O, daş lövhələri qaldırıb, var gücü ilə dağın ətəyinə ataraq parçaladı. Sonra qızıl dananın məhv edilməsini əmr etdi.

O dedi: “Çox böyük bir günah işlətdiniz. Amma mən dağa çıxıb, Allahdan sizi bağışlamasını diləyəcəm. Bəlkə, Allah bir daha sizə mərhəmət edər”.

Musa, Sina dağına çıxdı və Allahdan insanların etdiklərinə görə onları bağışlamasını istədi. “Əgər onları bağışlamayıb, öldürmək istərsənsə, məni öldür” deyə dua etdi.

Allah belə cavab verdi: “Kim günah edibsə, onu cəzalandıracağam. Amma, İsrail xalqını məhv etməyəcəyəm. İbrahimə, İshaqa və Yaquba vəd etdiyim torpaqlara gedib o torpaqları sahiblənin. Amma Mən sizinlə getməyəcəyəm”.

Musa belə fəryad etdi: “Ya Rəbb, əgər Sənin hüzurun bizimlə getməzsə, mən insanlara rəhbərlik etmərəm, çünki Sənsiz ölümə məhkum olarıq!”

Allah belə dedi: “Musa, Mən səndən razıyam. Ona görə də, istədiklərini yerinə yetirəcəyəm. Mən xalqı bağışlayacağam və Sizinlə Vəd Olunmuş Torpaqlara gələcəyəm”.

Bir müddət sonra Allah, Musaya yeni daş lövhələr düzəltməyi və onların üzərinə On Əmri yazmağı əmr etdi.

Müzakirə üçün suallar

4 sual
  1. İsraillilər özlərinə allahlar düzəltməsini kimdən istədilər?

  2. Harun qızılı hansı heyvan şəklində düzəltdi?

  3. Allah insanlara nə etmək istədi?

  4. Musa dağdan endikdən sonra nə etdi?

23. Qızıl Dana00:00 / 02:29