
Adəmin Günaha Batması
Müqəddəs Kitab, Yaradılış, 3-cü fəsil Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?»
Allah göyləri yaradanda, mələkləri də yaratdı. Onlar göylərdə Allahın hüzurunda yaşayır və Ona xidmət edirdilər. Bir gün mələklərdən biri Allaha qarşı çıxdı, çünki o da Yaradanı kimi qüdrətli və güclü olmaq istəyirdi. Bu üsyana başqa mələklər də qoşuldu. Allah onları göydən “Yeraltı” adlanan qaranlığa atdı. Düşən mələk “İblis” ya da “Şeytan” adlandırırdı. O, bütün qalxan mələklərin başı idi. Şeytan, bilirdi ki, Adəm və Həvva günah işlətsələr, ölüb cəhənnəmə gedəcəklər. O, insanlara nifrət edirdi, Allahın hüzurundakı sevinclərini məhv etmək istəyirdi.
Onda belə bir fikir yarandı: “Xeyirlə şəri bilmə ağacından Allahın qadağan etdiyi meyvəni onlara yedirməyə çalışacağam”. Şeytan ilan cildinə girdi və Eden bağına daxil oldu.
Bir gün Həvva tək başına bağda gəzməyə getdi, xeyirlə şəri bilmə ağacın yanına gəldi. Ağacın yanında durarkən “Həvva!” deyə bir səs eşidəndə qorxdu.
"Məni kim çağırır?" deyərkən, birdən yanında bir ilan gördü. İlan ondan soruşdu: Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?
Həvva belə cavab verdi: “Xeyr, O belə bir şey demədi. Sadəcə, birindən başqa bağdakı bütün ağaclardan meyvə yeyə bilərik. Əgər ondan yesək ölərik”.
"Yox, ölməzsiniz" ilan dedi. “Allahın sizə belə deməsinin yeganə səbəbi, o ağaca toxunmağınızı istəməməsidir. Əgər o ağacın meyvəsindən yesəniz, indikindən daha çox dərk edəcəyinizi bilir. Xeyiri şərdən ayıran Allah kimi olacaqsınız”.
Sonra ilan gözdən itdi. Həvva meyvəyə baxmağa davam etdi. Heyranlıqla seyr edirdi. Tanrının özü kimi olmaq fikri o qədər sadə və bəsit idi ki, zövqdən onun nəfəsi kəsildi. Ehtiyatla meyvəyə toxundu, amma heç nə olmadı. Meyvəni dərdi və yedi. Ölmədi! Hətta meyvə daha şirin oldu. Bu zaman Adəm onun yanına gəldi.
Həvva belə dedi: “Adəm, sən də al, niyə yemirsən? Mən qadağan olunmuş meyvədən yedim, gördüyün kimi mən hələ də yaşayıram!”
Adəm çox keçmədən bir diş aldı. O da ölmədi! Ən azından o vaxt heç nə baş vermədi. Ancaq bir şey tez dəyişdi. Ölüm dünyaya gəldi və şərlə günah hər bir insanın ürəyinə daxil oldu. Günah, Allaha itaətsizlik və Onun əmrlərinə tabe olmamaqdır. Ölüm günahların cəzasıdır. İnsanların xoşbəxtliyinə son qoyur.
Şeytanın məqsədidə elə bu idi. Birdən birə Adəm və Həvva çılpaq olduqlarını başa düşdülər və bundan utandılar. Yığdıqları iri yarpaqlardan özlərinə paltar düzəltdilər. Onlar hər şeyi bildiklərini düşünürdülər, amma bir şey onları narahat edirdi. İlk insanlar utanırdı, təqsir hissi onları bürüdü. Onlar, bundan əvvəl heç vaxt özlərini belə hiss etməmişdilər.
Allah həmin gecə bağçaya gəldi. Onun səsini eşidəndə, cənnət meşələrində gizlənməyə çalışdılar.
Bir vaxtlar Allah onların dostu idi, amma indi Ondan qorxurdular. Allahla insanlar arasındakı gözəl münasibət günahla məhv olmuşdu. Daha əvvəllər Allahı sevib, Ona güvənirdilər, amma indi gizlənmək məcburiyyətində idilər.
Allah onlara yaxınlaşıb uca səslə belə dedi: "Adəm, haradasan?"
Allah, harada tapacağını bilmədiyi üçün Adəmi çağırmırdı, çünki Allah hər şeyi və hər kəsi görə bilir. Allah, Adəmlə Həvvanı axtardığını başa düşsünlər deyə çağırırdı.
“Buradayam!” deyə Adəm cavab verdi. O anda Allahdan gizlənməyin nə qədər axmaqlıq olduğunu düşündü. “Səsini eşitdim, çılpaq olduğum üçün qorxdum” dedi.
Allah ondan soruşdu: “Kim dedi ki, çılpaqsınız? Bundan heç vaxt utanmamışdınız. Yoxsa qadağan olunmuş meyvədənmi yediniz?”
Adəm Allaha baxmağa cəsarət etmədi. “Yanıma qoyduğun qadın meyvəni mənə verdi” deyə yavaşca cavab verdi.
Allah Həvvadan, “Sən niyə belə etdin?” deyə soruşdu. Həvva özünü müdafiə etməyə çalışaraq belə dedi: “İlan mənə çox şeylər vəd edərək məni aldatdı. Mən onun təkidi qarşısında dura bilmədim”.
Allah ilana belə dedi: “Bu ettdiklərinə görə lənətləndin! İnsanlar həmişə düşmənin olacaq. Amma bir gün biri gələcək və səni məğlub edəcək!”
Adəm və Həvva Allahın nədən bəhs etdiyini başa düşmədilər. Şəri məğlub etmək üçün Allahın bir Xilaskar göndərəcəyini o vaxtı bilmirdilər.
Allah, “Artıq onlar xeyirlə şərin nə olduğunu bilirlər” dedi və belə davam etdi: “İnsanlar Mənim kimi olmağı arzu edirlər, amma şərə tab gətirməyəcək qədər zəifdirlər. Ona görə də, onların həyat ağacındakı meyvəni yemələrini istəmədim”.
Allah, Adəm ilə Həvvaya belə dedi: “Bağı tərk etməlisiniz. Həvva, sənin övladların olacaq, amma onların doğulması ağrılı olacaq. Adəm, sən özünü və ailəni bəsləmək üçün çox çalışacaqsan. Tarlalarınızda tikan, alaq otları bitəcək, ölənə qədər rahatlıq tapa bilməyəcəksiniz. Sonra bədəniniz yenidən yarandığınız torpağa dönəcək”.
Adəm və Həvva, cənnəti tərk etməzdən əvvəl, Allah onlar üçün dəridən paltarlar düzəltdi. İnsanlar Allaha itaət etməsələr də, Ona yaxın yaşamağa icazə verilməsə də, Allah yenə də bu yolla insanların qayğısına qalırdı.
Beləliklə, Adəm və Həvva cənnətdən qovuldu. Allah, Eden bağını və Həyat Ağacını qorumaq üçün keruvlar və hər tərəfə fırlanan odlu qılıncı yerləşdirdi. Allah onlara bir “Xilaskar” göndərəcəyini vəd etdi!
SUALLAR
1) Adəm və Həvvaya hansı ağacdan meyvə yemələrinə icazə verilmədi?
2) Həvvaya ağacdan meyvə yeməyi kim təklif etdi?
3) Allah, Adəm ilə Həvvaya nə vəd etdi?