Yusifin Yuxuları

Yusifin Yuxuları

Müqəddəs Kitab, Yaradılış, 37:1-12-ci ayələr

İsrail Yusifi bütün oğullarından çox sevirdi...

Yaqubun on iki yetkin oğlu var idi. Sadəcə ən kiçik oğlu, Binyamin hələ uşaq idi. Yaqubun arvadı Rəhilə, Binyamini dünyaya gətirərkən ölmüşdü. Rəhilənin oğlu Yusif, Binyamindən böyük idi, gənc bir oğlan idi. O, atasını çox sevir, ona itaət edirdi.

Yaqubun ən böyük on oğlu, qoyun-keçi sürülərini otarardı. Daha çox səhv iş görürdülər, ataları onlardan razı deyildi.

Qardaşları düzgün iş görməyəndə, Yusif məyus olub, atasına xəbər verirdi. Yusifin bu davranışı qardaşlarını qəzəbləndirdi və onunla çox kobud davranırdılar. Onlar düşünürdülər ki, Yaqub onlara yanlış və ədalətsiz rəftar göstərib. Atalarının Yusifi onlardan daha çox sevdiyini görəndə, qısqanclıq və nifrətləri daha da artdı.

Bir gün Yaqub, öz nökərlərinə Yusif üçün gözəl, rəngli paltar tikməyi əmr etdi. Yaqubun oğullarından heç birinin belə bir paltarı yox idi. Bu, qardaşlar arasında daha da böyük qısqanclığa səbəb olub.

Yusif tez-tez qeyri-adi yuxular görürdü. Bir gün yuxuda görür ki, tarlada qardaşları ilə dərz bağlayır. Qardaşlarının dərzləri onun dik duran dərzinin qarşısında əyilirdi. Yusif heyrət içində yuxusunu qardaşlarına danışdı.

Qardaşları çox qəzəbləndilər və dedilər: “Sənə baş əyəcəyimizi güman edirsənmi?”

Çox keçmədən Yusif daha bir qəribə yuxu gördü. Günəş, ay və on bir ulduz onun qarşısında baş əyirdi. Bu yuxu onu daha da təəccübləndirdi. Yuxusunu atasına və qardaşlarına danışdı. Atası onu danlayaraq dedi: “Günəşin mən, ayın anan və on bir ulduzun da qardaşların olduğunu düşünürsən? Mən, anan və qardaşların gəlib sənin qarşında yerəmi əyiləcəyik yəni?”

Amma bu yuxu Yaqubun ağlında qalmışdı. Yusifin qardaşları ona daha çox nifrət etdilər, daha çox qısqandılar. Onlar öz aralarında dedilər: “Yusif həddən artıq qürurludur və özünü bir şey hesab edir. Gəlin ona dərs verək o da görsün!”.

Müzakirə üçün suallar

3 sual
  1. Yaqubun neçə oğlu var idi?

  2. Yaqub, Yusifi digər oğullarından çox sevməklə yaxşı şey etdi?

  3. Nə üçün Yusifin yuxuları qardaşlarını qəzəbləndirdi?

14. Yusifin Yuxuları00:00 / 02:10