
Qardaşlar Qarşılaşır
Müqəddəs Kitab, Yaradılış, 32, 33-cü fəsillər, 35:1-7
Quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə köçüm var.
Uzun səyahət vaxtı hamı xoşbəxt idi. Onlar, Allahın İbrahimə və onun nəslinə vəd etdiyi torpaqlara doğru yol gedirdilər. Onları yalnız bir şey narahat edirdi. Oraya çatanda Esav onlarla necə davranacaqdı? Yaqub, Esavın onu öldürmək istədiyini bilirdi. Buna görə də, Esavın onu və övladlarını öldürəcəyindən qorxurdu.
Yaqub, Esavın dörd yüz adam toplayıb onu qarşılamaq üçün yola çıxdığını öyrəndi. Nə edəcəyini bilmirdi, “Esav mənə pislik etməyə qalxarsa, başım dərdə girər” deyə düşünürdü. Qaça bilməzdi, çünki onun sürüləri, arvadları və övladları ilə sürətlə hərəkət etməsi mümkün deyildi. Onları qorumaq üçün kifayət qədər adam yox idi.
Yaqub əvvəlcə sürülərini iki yerə ayırdı, bir dəstəni qabaqda göndərdi. Yaqub oğullarına izah etdi: “Əgər Esav onlara hücum etsə, mənə hələ qəzəbli olduğunu başa düşəcəyəm. Ən azından qalan qrup qaça bilər”. Yaqub birinci dəstə ilə getdi.
Gecə düşəndə, Yaqub çadırlardan bir qədər uzaqlaşdı və belə dua etməyə başladı: “Ya Rəbb, mənə göstərdiyin bütün xeyirxahlığa, etibara layiq deyiləm. Yalvarıram məni və ailəmi qoru. Esavın bizi öldürməsinə mane ol, çünki sən məni qoruyacağını və bu torpaqları mənim nəslimə verəcəyini vəd etdin”.
Ertəsi gün Yaqub, qardaşını qarşılamaları üçün nökərlərini otuz dəvə ilə göndərdi. Onlar yola düşəndə, Yaqub iki yüz qoyunla başqa bir dəstə nökərini göndərdi. Qısa müddətdən sonra aralarında bir məsafə buraxaraq, qoyun-keçi və eşşək sürülərini göndərdi. Heyvanlar Esava hədiyyə olaraq verilməli idi. Yaqub düşünürdü: “Əgər Esav bu hədiyyələri bir-bir götürsə, qarşılaşdığımızda mənə qəzəblənməyəcək”.
Yaqub bütün adamlarını hədiyyələrlə Esavı qarşılamaq üçün göndərmişdi, amma Esavdan hələ də səs yox idi.
Axşam olanda, hamı yuxuya getdi. Yaqub gecə yarısı qalxdı və ailəsini və sürülərini vadidən axan çaydan keçirdi. Özü çayın o biri tayındaykən, bir Şəxs gəlib onunla güləşməyə başladı. Bu, insan surətində Rəbbin Mələyi idi. Onlar uzun müddət güləşdilər və Yaqub özünü müdafiə etmək üçün var gücü ilə vuruşdu. Adam Yaquba qalib gələ bilməyəcəyini başa düşdü və buna görə də, Yaqubun budunun oynağına zədə vurdu. Yaqub güləşə bilmədi, amma o Şəxsi də buraxmadı.
Rəqibi dedi: “Burax gedim. Çünki səhər açılır”.
Lakin Yaqub Onu buraxmadı. “Əvvəlcə mənə xeyir-dua ver” dedi.
Adam soruşdu: “Adın nədir?”
O dedi: “Yaqub”.
Şəxs dedi: “Artıq sənin adın Yaqub deyil, İsrail olacaq, çünki Allahla və insanlarla güləşib, üstün gəlmisən”.
Yaqub dedi: “Xahiş edirəm, sən də mənə də adını söylə”, amma o demədi.
O vaxt Yaqub, güləşdiyi adamın insan deyil, Allah olduğunu dərk etdi. Allah bu yolla Yaquba xeyir-dua verdi.
Günəş şərqdən doğdu, qərbdə gözdən itdi. Yaqub yavaş-yavaş ayağa qalxdı və dayaz çayı keçməyə hazırlaşdı. Ayağı axsayırdı, çünki oynağı ağrıyırdı.
Çox keçmədən Yaqub, ailəsi və sürülərinə çatdı. Uzaqdan özünə tərəf birilərinin gəldiyini gördü. Gələnlər Esav və onun nökərləri idi. Yaqub böyük qorxu içində onlara yaxınlaşdı və yeddi dəfə yerə əyildi. Bu bir hörmət əlaməti idi. Amma Esav qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü və belə dedi: “Yaqub, səni yenidən görməyə necə də şadam!”
Yaqub rahatladı, Esav artıq ona qəzəbli deyildi! Yaqub qardaşının ürəyinin yumşalmasına çox sevinmişdi; O, Allahdan Esavın fikrini dəyişdirməsini istəmişdi və Allah onun dualarına cavab vermişdi. İki qardaş sevincdən ağladılar.
Esav; Rəhilə, Lea və uşaqları görəndə soruşdu: “Bunlar sənin nəyindir?”
“Bunlar Allahın mənə lütf etdiyi uşaqlardır” dedi Yaqub. Rəhilə, Lea və cariyələr Esavın qarşısında baş əydilər.
Sonra Esav bu sualı verdi:
“Yolda rast gəldiyim o biri dəstəni nə üçün mənə göndərmisən? Qardaşım, mənim sürüm çoxdur, onlar səndə qalsın”.
Amma Yaqub Esava təkid etdi. “Xahiş edirəm, bunu hədiyyə kimi qəbul et. Allah mənə hər şeyi səxavətlə verib, ehtiyacım olan hər şeyə sahibəm” dedi.
Yaqub təkid edincə Esav hədiyyələri qəbul etdi. Esav qardaşına dedi: “Gəlin yolumuza davam edək”.
Lakin Yaqub belə cavab verdi: “Mən çox sürətli gedə bilmərəm. Uşaqlar taqətdən düşüb, bir sürü qoyun-keçim var. Əgər sürətlə getsələr, bütün heyvanlar tələf olar”.
Yaqub Esavla getmədi. Esav yaşadığı yerə qayıtdı. Bura Kənan torpağından uzaqda idi. Lakin Yaqub İordan Çayını keçdi. O, Şekem şəhəri yaxınlığındakı Kənan torpağında məskən saldı. Orada çadırlarını qurdu, qurbangah tikdi və Allaha ibadət etdi.
Müzakirə üçün suallar
3 sualEvə qayıdarkən Yaqubun ən böyük qorxusu nə idi?
Qardaşların bir-birləri ilə görüşməsi necə keçdi?
Yaqubun yeni adı nə idi?