
Yaqub Yad Ölkədə
Müqəddəs Kitab, Yaradılış, 29 və 30-cu fəsillər, 31:1-12
Yaqub yoluna davam edərək şərq xalqlarının torpağına getdi.
Nəhayət, Yaqub qohumlarının yaşadığı torpağa gəldi. O, çobanlardan dayısı Lavan haqqında soruşdu.
“Bəli, tanıyırıq. Qoyunlarla gələn qızı görürsən? Onun adı Rəhilədir, Lavanın kiçik qızıdır” dedilər.
Beləliklə, Yaqub səyahətinin sona çatdığını başa düşdü. O, səssizcə Allaha şükür etdi. Rəhiləyə quyudan qoyunlar üçün su çəkməsinə kömək etdi. Rəhilə çox gözəl idi, Yaqubun dərhal diqqətini çəkdi. Amma, hələ kim olduğunu ona deməmişdi.
Rəhilə, “Niyə mənə kömək edirsən?” deyə soruşdu.
Yaqub cavab verdi: “Uzun müddət əvvəl bibin Rivqa, Kənan torpağından bir nəfərlə evlənmək üçün buradan ayrıldı”.
Rəhilə dedi: “Bilirəm. Atam bu haqda mənə bəhs etmişdi. Bəs sən kimsən?” dedi.
Yaqub cavab verdi: “Mən Rivqanın oğlu, Yaqubam”.
Rəhilə həyəcanla dedi: “Deməli sən mənim bibim oğlusan. Xoş gəldin!” dedi.
Lavan, Yaqubun gəldiyini eşidən kimi onu qarşılamağa qaçdı.
“Evimə gəl, qonağım ol!” dedi.
Yaqubun gəlişi ilə Lavanın evində bayram əhval-ruhiyyəsi yarandı. Ziyafət süfrəsi hazırlandı və Yaqub onlara evindəki həyatı haqqında uzun-uzadı danışdı. Gözləri görməyən atası İshaqdan və hələ də yaxşı olan anası Rivqadan, əkiz qardaşından və atasının lütfünü almasından bəhs etdi.
Lavan soruşdu: “Mənə de görüm, atan səni bu səyahətə çıxmana izin verdimi?”
Yaqub dedi: “Bəli, məni o göndərdi. Burada özümə arvad tapmalıyam” deyə cavab verdi. Bunu deyən kimi üzü qızardı və mənalı baxışlarla Rəhiləyə nəzər saldı. Bir ay sonra Lavan, Yaqubun iş qarşılığı nə qədər haqq istədiyini soruşdu. Yaqub bunu artıq düşünmüşdü.
Belə cavab verdi: “Kimsə evlənmək istəyirsə, gələcək qayınatasına gəlin pulu verməlidir. Rəhilə ilə evlənmək istəyirəm. Lavan, yeddi il sənin yanında işləsəm, bunu Rəhilənin başlıq haqqı olaraq qəbul edərsənmi?”
Lavan üzündə təbəssümlə başını razılıq olalraq yellədi və belə dedi:
“Əlbəttə! Qızımın başqa biri yerinə sənin ilə evlənməsini üstün tuturam”.
Beləliklə, Yaqub yeddi il Lavan üçün işlədi. Vaxt keçdi və nəhayət çoxdan gözlənilən gün gəldi.
Toyda gəlinin üzü tamamilə örtülmüşdü. Bu, o dövrün adəti idi. Yalnız toyun səhəri Yaqub yeni arvadının üzünü görə bildi. O, örtüyü qaldıranda şoka düşdü, evləndiyi qadın Rəhilə deyil, bacısı Lea idi!
O, dərhal Lavanın yanına qaçdı. “Bunun mənası nədi? Yeddi il Lea üçün yox, Rəhilə ilə evlənmək üçün xidmət etdim. Sən mənə yalan danışdın!” deyə bağırdı.
Lavan dedi: “Bizim buralarda adətdir. Böyük qız qala-qala, kiçik qız ərə gedə bilməz”.
Yaqub diz çökdü və ağlamağa başladı. O vaxt adanmağın nə olduğunu anladı. Lavan, Yaquba dedi ki, əgər daha yeddi il işləyərsə, Rəhilə ilə evlənməyə icazə verəcək. O dövürlərdə bir kişi birdən çox qadınla evlənə bilirdi. Bunun üçün Yaqub təklifi qəbul etdi. Bir həftə sonra, bu dəfə aldatma olmadan başqa bir toy edildi. Yaqub sevdiyi qadın Rəhilə ilə evləndi.
Yaqub daha yeddi il qayınatasının yanında işlədi. Vaxt bitdikdən sonra o, Lavan üçün işləməyə davam etdi. Amma artıq başlıq pulu üçün işləmirdi. Onun çoxlu qoyun, keçi və mal-qarası oldu. Onların sürüləri Lavanın sürülərindən də çox oldu. Üstəlik, onun on bir oğlan və bir qızı olmaq üzrə on iki övladı oldu. Allah onunla idi və həmişə ona lütf edirdi. Lakin çox keçmədi ki, Lavan və oğulları onun var-dövlətini qısqanmağa başladılar. Yaqub da bunu hiss etdi.
Buna görə də Allah,Yaqubu ata evinə, ailəsinin yanına qayıtmağa çağırdı.
Müzakirə üçün suallar
3 sualYaqub və Rəhilə necə tanış oldular?
Lavan Yaqubu necə aldatdı?
Lavanın oğulları Yaquba qarşı münasibətini niyə dəyişdilər?