İsa Dul Qadının Oğlunu Dirildir

İsa Dul Qadının Oğlunu Dirildir

Müqəddəs Kitab, Luka, Fəsil 7, 11-16-cı ayələr

O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi. Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: “Ağlama!” Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: “Ey cavan oğlan, sənə deyirəm: qalx!” Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi.

İsa Qalileyanın başqa bir şəhəri olan Nainə yola düşdü. Bir çox insan Onun ardınca getdi. Şəhərin darvazasına yaxınlarkən, hamı onlara doğru gələn bir cənazə gördü. Bir adamın cənazəsi aparılırdı və çox kədərli bir qadın arxalarından gedirdi. Şəhərdən bir çox insan başsağlığı vermək üçün qadını müşayiət edirdi. Qadın dul idi və ölən adam onun yeganə oğlu idi.

İsa qadının acınacaqlı və qəmli halını görəndə ona yazığı gəldi: “Ağlama!” dedi.

Cənazəni aparanlar dayandılar. İsa xərəyə yaxınlaşdı, ölüyə toxundu və dedi: “Ey cavan oğlan, sənə deyirəm, qalx!”

Ölü durub oturdu və danışmağa başladı. Bir möcüzə baş verdi! İsa onu anasına qaytardı! Bir müddət sükut çökdü, hamını qorxu bürümüşdü. Amma sonra hammı bir ağızdan: “Aramızda böyük bir peyğəmbər ortaya çıxdı! Allah Öz xalqına nəzər saldı!” - deyə sevinclə qışqırdılar.

Xalq İsrailin Allahına ibadət etdi və Onu izzətləndirdi. Möcüzə haqqında xəbər bütün Yəhudeya ərazisinə yayıldı.

Müzakirə üçün suallar

3 sual
  1. İsa hansı şəhərə gəldi?

  2. İsa şəhər darvazasında kimi gördü?

  3. Naində nə baş verdi? İctimaiyyət möcüzəyə necə reaksiya verdi?

66. İsa Dul Qadının Oğlunu Dirildir00:00 / 01:17