İsa və Ailəsi

İsa və Ailəsi

Müqəddəs Kitab, Luka, 2-ci fəsil, 40-52-ci ayələr

Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi... İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı.

İsa Nazaretdə Yusifin evində böyüdü. Onun on iki yaşı olanda, Yusif və Məryəm onu ​​Pasxa bayramını qeyd etmək üçün Yerusəlimə apardılar.

Yəhudilər hər il Pasxa bayramını qeyd edir və bayram mövsümünü səbirsizliklə gözləyirdilər. Bəziləri uzun səyahətlər edərdi, Yerusəlimə çatmaq günlər sürərdi. Onlar Yerusəlimdə müxtəlif ölkələrdən gələn Yəhudilərlə birlikdə məbəd şənliklərinə qatılardılar. Orada xalqını sevən və onlara kömək edən Allaha ibadət edərdilər. Hamı həyəcanlanardı. On iki yaşını dolduran uşaqlar xüsusilə sevinirdilər. Bunun səbəbi, onların həyatlarında ilk dəfə bu bayramda iştirak etmələri idi.

Bu dəfə Məryəm və Yusif, İsanı özləri ilə götürüb qonşuları ilə Yerusəlimə getdilər. İsanın səyahət zamanı gördükləri və eşitdikləri çox gözəl idi! Yerusəlimə gedərkən yolda çox maraqlı şeylərlə qarşılaşdılar. Ancaq şəhərin mənzərəsi gözlədiyindən də yüksək idi! Gözəl məbəd. Minlərlə səs... İsa xüsusilə məbəd ayinlərinin necə yerinə yetirildiyi ilə maraqlanırdı. Valideynləri ona adət və ənənələrin mənasını ətraflı izah etdilər.

Bayram yeddi gün davam etdi. Artıq zəvvarların geri dönmək vaxtı idi. Məryəm və Yusif İsanı axtardılar, lakin tapa bilmədilər. Düşündülər ki, o, qonşuları ilə birlikdə olmağa öyrəşdiyi üçün, onlarla yola düşmüş ola bilər. Ona görə də çox narahat olmayaraq yollarına davam etdilər. Axşama doğru onlar Nazaretdən olan digər zəvvarlara çatdılar. İsanın yanlarında olmadığını biləndə dəhşətə gəldilər! İndi nə edəcəkdilər?

Onlar Yerusəlimə qayıtmalı oldular! Onu hər yerdə axtardılar. Bir-bir hamıdan on iki yaşlı uşaq görüb-görmədiyini soruşdular. Yoldan keçənlərin çoxu o yaşda uşaqları görmüşdü, amma axtardıqları o idi? Onun harada olduğunu onlar da bilmirdilər.

Yusif və Məryəm çox narahat idilər. Nəhayət, məbədə baxmaq qərarına gəldilər. Burada din müəllimləri Müqəddəs Yazılara dair çıxışlar edirdilər. Onlar İsanı orada tapacaqlarını gözləmirdilər. Onun din müəllimləri arasında nə işi var idi? Danışdıqlarını başa düşməz, darıxardı.

Amma əslində heç də belə deyildi. Oğullarını tapdıqları yer tam da məbəd idi. Məryəm və Yusif gözlərinə və qulaqlarına inanmadılar. İsa, qanun müəllimlərinə çox çətin suallar verirdi, onlar da cavab verməkdə çətinlik çəkirdilər. Ondan bir şey soruşduqda, hikmətli cavablar verirdi. Din müəllimləri təəccüblə başlarını yellədirdilər. Uşağın zəkasına heyran qaldılar.

Rahatlaşan ailəsi, sevinclə İsanı qucaqladı. Lakin sonra Məryəm dedi: “Oğlum, bu nədir başımıza gətirdin? Uzun müddətdir səni axtarırıq!”.

İsa belə cavab verdi: “Mən elə burada idim. Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?”

Yusif və Məryəm İsanın nə demək istədiyini başa düşmədilər. Onlar oğlunu götürüb Nazarete qayıtdılar.

İllər keçdikcə İsanın müdrikliyi artdı. O, valideynlərini sevirdi və on səkkiz il onlara itaət edərək keçdi. Anası Məryəm, İsanı məbəddə tapdıqları zaman Onun dediklərini xatırladı. Dəfələrlə bu sözləri düşündü.

SUALLAR

1) Yəhudilər Yerusəlimdə hansı bayramı qeyd edirdilər?

2) Pasxa bayramını qeyd etmək üçün oğlan uşaşqları neçə yaşında məbədə aparılırdı?

3) Məryəm və Yusif, İsanı tapa bilməyəndə nə edirlər? O harada idi?

4) Məbədə səfərdən sonra İsa, valideynlərinə nə qədər müddət itaət edərək yaşadı?

54. İsa və Ailəsi00:00 / 03:48