
Günəş və Ay Dayandı
Müqəddəs Kitab, Yeşua, 10-cu fəsil
Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi: “Dayan, ey günəş, Giveon üzərində, ey ay, Ayyalon dərəsində”. İsrail xalqı düşmənlərindən qisas alana qədər günəş orada dayandı və ay yerində qaldı.
Kənan ölkəsinin padşahları Yerixoda baş verənləri eşidəndə, Yeşua və İsrail xalqına qarşı döyüşmək üçün birləşdilər. Lakin Giveon şəhərinin sakinləri İsraillilərlə əhd bağladı. Beş padşah bunu eşidəndə, şəhəri mühasirəyə aldılar.
Şəhər əhalisi Yeşuadan kömək istədi. Yeşua, öz qoşunlarını müttəfiqlərinin düşmənlərinə qarşı apardı. Çox keçmədən Kənan ölkəsi padşahlarının birləşmiş ordusu qaçdı.
Rəbb də xalqı üçün döyüşürdü. Düşmən qüvvələrinin üzərinə göydən iri-iri dolu yağdırdı. Hava çox qaralmışdı, ətrafı görmək çox çətin idi. Düşmən də tam məğlub olmamışdı. Yeşua Rəbbə səsləndi: “Dayan, ey günəş, Giveon üzərində, ey ay, Ayyalon dərəsində!”
Allah bu duanı eşitdi. İsrail xalqı düşmənlərini məğlub edənə qədər günəş orada dayandı, batmadı. Belə bir şey daha əvvəl heç olmamışdı.
Bu səfər zamanı bir çox başqa şəhərlər Yeşua və İsraillilər tərəfindən ələ keçirildi, çünki Allah Öz xalqına kömək etdi.
Müzakirə üçün suallar
3 sualİsraillilərlə kim əhd bağladı?
Giveon xalqını kim xilas etdi?
Hava qaralanda Yeşua nə etdi?