Yerixonun Fəthi

Yerixonun Fəthi

Müqəddəs Kitab, Yeşua, 5, 6-cı fəsillər

Rəbb Yeşuaya dedi: “Bax Yerixonu, onların padşahını, igid adamlarını sənə təslim edirəm”.

Yerixo xalqı, İsrail xalqından qorxduğu üçün şəhərin qapılarını bağladılar. Kimsə çölə çıxmadı, nə də içəri girmədi.

Allah Yeşuaya belə dedi: “Mən Yerixonu, onun padşahını və xalqını sənin əlinə təslim etdim. Siz -bütün döyüşçülər, şəhərin ətrafına gündə bir dəfə olmaqla altı gün dolanacaqsınız. Sandığın qarşısında yeddi kahin yeddi şeypur daşısın. Yeddinci gün şəhərin ətrafını yeddi dəfə dolanın, kahinlər isə şeypurlarını çalsınlar. Bu vaxt bir söz belə deməyin. Sadəcə sənin əmrinlə xalq döyüş çığlığı atsın, xalq gur səslə bağırsın. O vaxt şəhərin qala divarları çökəcək və müxtəlif istiqamətlərdən şəhərə əsgərlər daxil olacaq”.

Yeşua kahinlərə və əsgərlərə Allahın əmrlərini bildirdi. O, həmçinin gümüşdən, qızıldan, tuncdan və dəmirdən hazırlanmış bütün əşyaların Rəbbə həsr edildiyini söylədi. Yeşua xalqa xəbərdarlıq etdi. Əgər şəhərdən bir şey götürsəydilər, ölümlə cəzalandırılardılar.

İsrail xalqı hər şeyi Rəbbin əmr etdiyi kimi etdi. Sonra İsrail ordusu yola düşdü. Şeypurlarıyla yeddi kahin hər kəsin önündə gedirdi və Əhd sandığını daşıyan kahinlər də onların ardınca gedirdilər. İsrail övladlarının qalan hissəsi gəzir və şeypurlarını çalırdılar. Yeşua, özü əmir verənə qədər heç kimin bir söz deməməsini istədi.

Onlar altı gün ərzində gündə bir dəfə şəhərin ətrafında səssizcə dolandılar. Yeddinci gün səhər tezdən şəhərin ətrafında sakitcə dolaşmağa başladılar. Ancaq yeddinci gün şəhəri yeddi dəfə dolandılar. Şəhər ətrafında yeddinci dəfə dolanmaq başa çatdıqda, kahinlər şeypur çaldılar və Yeşua xalqa dedi: “Çığırın!”.

Hamı yüksək səslə çığırdı. Birdən əzəmətli şəhər divarları silkələməyə başladı, divarlardan nəhəng daşlar qopub parçalandı. Beləliklə, divarlar çökdü. Divarların yalnız bir hissəsi qaldı, bura Raxavın evi idi.

Bu zaman İsraillilər şəhərə hücum etdilər və tez bir zamanda onu ələ keçirdilər. Yeşua, iki casusdan Raxavı və ailəsini şəhərdən kənara çıxartmalarını istədi, çünki onlar Raxava söz vermişdilər. Gənc casuslar onları tapıb Qilqaldakı İsrail düşərgəsinə gətirdilər. Bu vaxt Yerixo şəhəri tamamilə yandırılaraq yox edildi.

SUALLAR

1) İsraillilər şəhərin ətrafında neçə gün gəzməli idilər?

2) Onların önündə kim getdi? Neçə nəfər idilər?

3) Raxav və ailəsi nə üçün sağ qaldı?

29. Yerixonun Fəthi00:00 / 02:28