İsa Məsih Allahın Əmrini Yəhyaya Çatdırması

İsa Məsih Allahın Əmrini Yəhyaya Çatdırması

Müqəddəs Kitab, Vəhy, 1-22-ci fəsillər

Mələk mənə dedi: “Bu sözlər etibarlı və həqiqidir. Peyğəmbərlərin ruhlarına ilham verən Rəbb Allah mələyini göndərib ki, Öz qullarına tezliklə baş verməli hadisələri göstərsin”. İsa deyir: “Budur, tezliklə gəlirəm! Bu kitabın peyğəmbərlik sözlərinə riayət edən kəs nə bəxtiyardır! ... Haqsızlıq edən qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlər görsün. Müqəddəs olan daha da müqəddəs olsun. Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm”.

Məsihin bir çox imanlıları Allaha axıra qədər sadiq qaldı. İncili yaymaq üçün işgəncələrə dözdülər və şəhidliyə razı oldular. Lakin həvarilərdən biri olan Yəhya daha çox yaşadı. Doxsan yaşında o, hələ də Efes şəhərində məsihçi icmasının üzvü idi. İsaya iman gətirdiyinə görə təqib olunsa da, öldürülmədi. Bunun əvəzinə, Aralıq dənizindəki Patmos adasına sürgün edildi. Ada vəhşi və kimsəsiz idi, əhalinin əksəriyyəti əsirlər və mühafizəçilər idi.

Adanın səssizliyində, Allah Yəhyaya danışdı. İsanın Padşah olduğunu söylədi. Ağır təqiblər zamanı da imanlıların, həyatlarının Onun əllərində olduğunu bildirdi!

Görüntülərdə, yuxusunda Allah Yəhyaya dünyanın sonunu göstərdi. Yəhya on iki görüntüsünü, Müqəddəs Kitabın son kitabı olan Vəhy Kitabında açıqladı.

Son görüntüdə Allahın mələyi ona Allahın xalqı üçün hazırlanmış izzətin gözəl bir görüntüsünü göstərdi. Rəbb, Həvari Yəhyaya yeni cənnəti, Allahın və Quzunun taxtından axan büllur kimi təmiz həyat suyu çayını və çayın kənarındakı həyat ağacını göstərdi.

Göylərdə heç bir günah olmayacaqdı, çünki İsa Məsih günaha qalib gəlmişdi. Ölüm, günah və imansızlıq artıq olmayacaqdı, çünki Rəbb onların hamısını məhv edəcəkdi. Və bütün xilas olanlar İsa Məsihlə birlikdə Səmavi Padşahlıqda əbədi hökmranlıq edəcəkdilər.

Mələk, Yəhyaya eşidib gördüklərinin hamısının həqiqət olduğunu söylədi.

Görüntünün sonunda Rəbb İsanın Özü həvari Yəhyaya belə dedi:

“Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm… Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam”.

Rəbb ayrılarkən, “Bəli, tezliklə gəlirəm!” dedi.

Yəhya dedi: “Amin!” O cavab verdi: “Gəl, Ya Rəbb İsa!”.

Müzakirə üçün suallar

3 sual
  1. Müqəddəs Kitabın sonuncu kitabını kim yazmışdır?

  2. İsa niyə təkrar yer üzünə gələcək?

  3. İsaya iman edənlər əbədiyyən harada olacaqlar?

101. İsa Məsih Allahın Əmrini Yəhyaya Çatdırması00:00 / 02:07