MÜQƏDDƏS KİTABDAN HEKAYƏLƏR

MÜQƏDDƏS KİTABDAN HEKAYƏLƏR

ÖN SÖZ:

Əziz analar, atalar və uşaqlar;

Bu informasiya əsrində insanlar üçün kağız üzərində çap olunmuş kitabları oxumaq insanlara çətin gəlir. Xüsusilə yüzlərlə səhifədən ibarət olan kitablar oxucuları bir az qorxudur. İnsanlara çap edilmiş kitabları təklif edən bir çox insan və qurumlar bəzi kitabları daha cəlbedici və oxumalı vəziyyətə gətirmək üçün uzun müddət asan həll yolları axtarmışlar. Bununla bağlı həll yollarından biri də, uzun kitabları ümumiləşdirib oxucuya təqdim etmək olub.

Müqəddəs Kitaba gəldikdə, cəmiyyət, Müqəddəs Kitabı uşaqların həzz ala biləcəyi şəkildə hazırlamaq üçün ciddi səy göstərirlər. Onlar Müqəddəs Kitabı bəzən təsvirlərlə, bəzən də həm təsvirli, həm də sadələşdirilmiş hekayələr şəklində uşaqların istifadəsinə təqdim edirlər.

Əlinizdəki kitab, bütün Müqəddəs Kitabı, çox cəlbedici, öyrədici və əyləncəli illüstrasiyalarla əhatə edir və ümumiləşdirərək valideynlərin və uşaqların ixtiyarına verir. Hər bir fəsil Müqəddəs Kitabın müvafiq hissəsindən götürülmüş, əsas və maarifləndirici misralarla başlayır, o hissənin hamısını uşaqların maraq oyandıracaq şəkildə işləyib nəql edir, maarifləndirici və ibrətamiz suallarla bitirir. Mövzular, bu suallarla uşaqların beyninə həkk olunub, Allahın bəşər tarixindəki bütün fəaliyyətlərini cəmləşdirir.

Ümid edirik ki, bu kitab sizin həyatınızı zənginləşdirəcək.

MÜQƏDDƏS KİTABDAN HEKAYƏLƏR00:00 / 01:31